qiz

Cütlüklər necə etsin ki, gözəl uşaqlar doğulsun?

Baxış sayı: 1. 069

Hər bir qadın dünyaya gözəl və sağlam uşaq gətirmək arzusundadır. Biz də elə bu haqda danışacağıq.

“Gencaile.az” saytı xəbər verir ki, Şotlandiyanın Sent- Andrey Universitetinin alimləri gözəl qız uşaqlarının yaraşıqlı kişilərdən doğulduğunu, ananın xarici görünüşünün isə burda heç bir rol oynamadığını bildirir. Lakin yaraşıqlı kişilərin oğul övladlarının şansları burda çox azdı. Əksəriyyəti yaraşıqlı doğulmaz, atalarından aldıqları yeganə miras sadəcə kişilik olur.

Genetika özü körpəyə hansı görünüşü verəcəyini bilir. Lakin valideynlər də elə edə bilərlər ki, onların dünyaya gələcək körpələri yaraşıqlı və ağıllı olsun. Necə?

İlk olaraq, sağlam həyat tərzi yaşamalı və pis vərdişlərdən uzaq durmalıdırlar.Bununla yanaşı, gələcək valideynlər daxili gözəlliklərinin qayğısına qalmalı, inkişaf etməli, bədənin kamilliyi və ruhun saflığı üçün səy göstərməlidirlər.

Körpə doğulandan sonra da  onun yaraşıqlı və gülərüz olması, xoşbəxt və sevgi dolu ailədə böyməsi üçün əlmizdən gələni etməliyik. Əgər uşaq hər zaman razı salınsa, onun üzü gülüşlə parıldayacaq, gözləri isə məmnunluqdan par-par yanacaq. Və heç kim heç vaxt deyə bilməz ki, o gözəl deyil! Uşağın daxili gözəlliyi həm kənardakıları, həm də öz daxilini alovlandıracaq. Üstəlik o, sağlam olsa, dərisi, dişləri, ayaq və saçları da ideal olacaq, yuxu və qidalanmasında çatışmazlıq olmayacaq. Bu zaman onun gözəlliyi tamamlanmış olur.

Gözəl uşaqların doğulmasına şərait yaradan elm də var. Bu elmə kallipediyadeyilir. Bu elm ağıl, gözəllik, insanın seksual cazibədarlığı, zəkanın gücü, düşüncə və istedadın aşkar edildiyi qədim yunan dövründə ortaya çıxıb. O zaman qədim yunanlılar belə qənaətə gəldilər ki, gözəl uşaqlar mükəmməl sağlamlıq və böyük maddi zənginliyə malik orta yaşda olan yaraşıqlı kişi və qadınlardan dünyaya gəlir.

Hətta qədim romalılar Günəş və Ayın doğulacaq uşağın gözəlliyinə təsir etdiyini deyirdilər. Yaraşıqlı və sağlam uşaq sahibi olmaq üçün, bu iki planetin bir-birinə maksimal dərəcədə yaxın olması lazımdır. Hətta bura Ay təqvimini də qeyd etmək olar. Yenilənmiş ay ilk Ay günü hesab olunur.

2-ci Ay günü – bu gündə qız uşaqlarının əsası qoyulur, amma doğulacaq bütün uşaqlar xoşbəxt olur.

4-cü Ay günü – bu gündə doğulanlar qayğıkeş olurlar.

6-cı Ay günü – uzunömürlü insanlar dünyaya gəlir.

10-cu Ay günü – gələcəkdə məşhur və tanınmış olacaq insanlar doğulur.

14-cü Ay günü – uğurlu insanlar doğulur.

16-cı Ay günü – etibarlı insanlar doğulur.

17-ci Ay günü – ünsiyyətcil insanlar doğulur.

21-ci Ay günü – zəhmətkeş insanlar dünyaya gəlir.

22-ci Ay günü – maddi zənginliyə malik uşaqlar doğulur.

24-cü Ay günü – ağıllı, mehriban və təcrübə qabiliyyətli uşaqlar doğulur.

28-ci Ay günü – sakit və özünə güvənən uşaqlar doğulur.

Mütəxəssislər 5, 9, 12, 19 və 23-cü Ay günündə mayalanmanın əlverişsiz olduğunu bildirir.

Yaraşıqlı körpənin doğulması üçün yumurta hüceyrəsinin mayalanacağı ən gözəl vaxt Günəşin doğduğu andır. Bu zaman insanlar yuxudan oyandıqdan sonra sevgiyə, sığala və isti münasibətə hazır olurlar.

Hamiləlik vaxtı ana olmağa hazırlaşan qadın da gözəlliklər haqda düşünməli, gözəl şeylərə baxmalı, müsiqi dinləməli, maraqlı insanlarla görüşməlidir. Həmçinin ana bütün bu gözəllikləri bətnindəki körpəsiylə danışaraq paylaşmağı da unutmamalıdır.

Bəzi mütəxəssislər qeyd edir ki, cinsi ehtirası çox güclü olan valideynlərin uşaqları sağlam və gözəl doğulur. Təsadüfi deyil ki, hər zaman gözəl uşaqları “sevgi uşaqları” adlandırırlar. Göründüyü kimi, bu heç də gözəl tərif deyil, həm də rasional toxumdur.

Dünyaya sadəcə gözəl uşaqlar gətirməyə çalışmayın, həm də onları gözəl tərbiyələndirin!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir