Hər bir münasibət, nə qədər də sevgi və anlayış üzərində qurulmuş kimi görünsə də, təəssüf ki, bəzi hallarda cütlüklər arzu etdikləri xoşbəxtliyə çata bilmirlər. Bunun səbəbi yalnız xarici amillərdə deyil, eyni zamanda daxili emosional problemlər və bir-birləri ilə sağlam şəkildə əlaqə qura bilməməkdədir. Gəlin, cütlüklərin xoşbəxtliyinə mane olan əsas amillərə nəzər salaq:
1) İnamsızlıq və təhlükəsizlik hissi
Münasibətlərin təməl daşı, qarşılıqlı inamdır. Əgər cütlüklərdən biri, qarşı tərəfə tamamilə etibar edə bilmirsə və ya özünü partnyorunun yanında tamamilə təhlükəsiz hiss etmirsə, bu münasibətlərin zəifləməsinə səbəb olur.
Əksər hallarda isə, bu güvənsizlik hissi, uşaq vaxtı valideynlər tərəfindən yaranan emosional əskiklikdən və ya əvvəlki münasibətlərdə yaşanan xəyanətlərdən qaynaqlanır. Cütlük arasında emosional yaxınlıq olmadıqda və tərəflərdən biri qorxu ilə hərəkət etdikdə, münasibətdə heç bir emosional dərinlik yaranmır. Əlbəttə ki, belə olduqda bu münasibət istənilən zaman, sona çata bilər.
2) Ünsiyyət əskikliyi
Xoşbəxt cütlük olmaq üçün, heç kim susmamalıdır!
Cütlüklər arasında baş verən problemlərin ən böyük səbəbi, ünsiyyət çatışmazlığıdır. Bəzən insanlar öz duyğularını və düşüncələrini ifadə edə bilmir və ya qarşı tərəfi anlamaq üçün, ona enerji və zaman ayırmaq istəmir. Beləliklə, kiçik problemlər böyüyərək, partnyorlarda bir-birinə qarşı aqressiya yaradır! Nəticədə isə, bu problemlər münasibətin keyfiyyətini aşağı salır.
Unutmayın ki, güclü bir əlaqə üçün duyğularınızı açıq şəkildə paylaşmaq və partnyorunuzu həqiqətən dinləmək vacibdir.
3) Məqsəd və dəyərlərin uyğunsuzluğu
Hər bir insanın həyatda fərqli məqsədləri və həyati dəyərləri var. Lakin uzunmüddətli münasibət üçün cütlüyün məqsədləri bir-birinə uyğun olmalıdır. Əgər tərəflərdən biri ailə qurmaq və uşaqlara fokuslanmaq istəyirsə, digəri isə karyerasını ön planda tutursa, bu nüanslar gələcəkdə ciddi problemlərə yol açacaq.
Həyata eyni baxış bucağından baxmaq və ortaq dəyərlərə sahib olmaq, cütlüklərin xoşbəxtliyi üçün vacib şərtlərdən biridir. Bu isə, münasibətin lap başında, cütlüklər arasında müzakirə edilməlidir.
4) Empatiya və güzəştin olmaması
Sevgi paylaşmaqdır, yalnız almaq deyil!
Cütlüklərdən hər ikisi, yalnız öz ehtiyaclarını və istəklərini ön planda tutduqda, münasibət getdikcə gərginləşir. Uzunmüddətli sevgi yalnız qarşılıqlı əməkdaşlıq, sanki birlikdə bir komanda olmaq və bəzi anlarda, güzəşt yolu ilə mümkündür.
Əgər tərəflərdən biri həmişə özünü üstün tutaraq qarşı tərəfin ehtiyaclarını nəzərə almırsa, bu münasibət gec-tez sarsılacaq.
5) Emosional yüklənmə
Bəzən tərəflərdən biri digərinə həddindən artıq emosional yük yükləyir. Bu, həmin şəxsin üzərinə artıq məsuliyyət qoyur və münasibətdəki tarazlığı pozur. İnsanlar bir-birinə dəstək olmalı, amma eyni zamanda öz daxili ehtiyaclarını ödəmək üçün, özləri fərdi məsuliyyət daşımalıdırlar.
Həddindən artıq emosional yük və təzyiq, münasibətlərin pozulmasına və sevginin azalmasına səbəb ola bilər.
6) Sosial təzyiqlər və cəmiyyətin stereotipləri
Ailə və cəmiyyətin münasibətlərə qarşı qoyduğu standartlar, çox vaxt cütlüklər üçün böyük çətinliklər yaradır.
“Qohumların gözləntiləri”, “ailənin tələbləri”, “cəmiyyətin stereotipləri” münasibətləri təzyiq altında saxlayır. İnsanlar öz hisslərinə yox, başqalarının gözləntilərinə uyğun hərəkət etdikdə, sevgi təbii formada inkişaf etmir. Unutmayın ki, sağlam münasibət yalnız sizin və partnyorunuzun istəklərinə uyğun şəkildə qurulmalıdır.
7) Keçmişdə qalan zədələr
Keçmişdəki uğursuz münasibətlər çox vaxt insanları indiki sevgilərində də, mənfi təsir altına salır.
Əgər cütlüklərdən biri, keçmişdə yaşadığı problemləri tamamilə arxada qoya bilməyibsə, yəni psixoloji olaraq bu ayrılığın öhdəsindən gələ bilməyibsə, o zamam yeni münasibətə sağlam şəkildə başlaya bilməz.
Münasibətdə xoşbəxt olmaq üçün, əvvəlcə keçmişdən gələn mənfi yükləri azad etmək lazımdır. Öz psixoloji yaralarınızla işləmək, sevgini daha sağlam şəkildə qurmağa 100% kömək edir.
Unutmayın:
Həqiqi sevgi azadlıq verir, qarşılıqlı dəstəyi artırır və hər iki tərəfi daha güclü edir. Sevgi heç bir halda emosional asılılıq demək deyil! Cütlüklər, bir-birinin həyatına güc qatmalı, enerji verməli və eyni zamanda da fərdi xoşbəxtliklərini qorumalıdırlar!
Bir cütlükdə, hər iki tərəf yalnız öz üzərində psixoloji olaraq işləyərək, daha sağlam, etibarlı, uzun ömürlü və xoşbəxt bir münasibət qura bilər!
Bu, əlbəttə ki, mümkündür!
Zəhra Əskərzadə
Kişi-Qadın Münasibətləri üzrə Kouç/Mütəxəssis
Mütəxəssislə kontakt qurmaq istəyirsinizsə, 070 202 85 87 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin teleqram (https://t.me/coachingwithzahra) və instagram (https://www.instagram.com/coachingwithzahra/?igsh=MzV2dGkwMzRyMGly#) hesabları vasitəsi ilə də Zəhra Əskərzadə ilə əlaqə yaratmaq mümkündür.
Zəhra xanım, yazınızı oxuyarkən bir neçə məsələyə diqqət etdim. Mənim münasibətimdə də ünsiyyət problemləri var və həqiqətən də çox zaman emosional yükü bir-birimizə yükləməyə başlayırıq. Öz fikirlərimizi bir-birimizə çatdırmaqda çətinlik çəkirik və bu, bizim münasibətimizi çox gərgin edir. Bu vəziyyətdə necə davranmalıyıq? Duyğularımızı daha yaxşı necə ifadə edə bilərik? Məncə, daha çox praktiki məsləhətlər faydalı olardı.
Münasibətimdə sosial təzyiqlər də böyük bir problem yaradır. Həmişə ailəmin gözləntiləri və cəmiyyətin tələbləri münasibətimizə təsir edir. Bu vəziyyətdə necə bir yol izləyək? İstərdim ki, yazıda bu mövzuya daha çox diqqət yetirilsin, çünki bu, çox ümumi bir problemdir və praktiki yanaşmalar çox faydalı ola bilərdi. Sosial təzyiqlərdən necə qurtulmaq olar?
Bu yazı çox dərin və ətraflı bir şəkildə münasibətlərdə qarşılaşılan əsas problemləri açıqlayır. Hər bir amil özündə çox mühüm məsələləri ehtiva edir, xüsusilə ünsiyyət əskikliyi və inamsızlıq məsələsi. Həm də yazının sonunda verilən məsləhətlər çox dəyərlidir – sağlam münasibətlərin təməli doğru ünsiyyət və qarşılıqlı anlayış üzərində qurulmalıdır. Zəhra Əskərzadənin yazısı, həqiqətən, bu sahədə düşünmək üçün çox faydalıdır. Təşəkkürlər!
Bu yazı cütlüklər üçün çox faydalıdır, amma bəzi hissələrində yeniliklərə daha çox yer verilsəydi yaxşı olardı. Məsələn, “Sosial təzyiqlər” barədə bir az daha geniş məlumat verilsəydi, daha faydalı olardı. Lakin yazı ümumilikdə çox maraqlıdır və münasibətlərin necə sağlam şəkildə qurulacağı ilə bağlı yaxşı fikir və yanaşmalar təqdim edir. Müəllifin yazıya daxil etdiyi fikirlər düşündürücüdür.
Mənim münasibətimdəki əsas problem keçmişdən qalan zədələrdir. Keçmişdə yaşadığım travmalar yeni münasibətimə təsir edir və mənim üçün bu, çox çətin olur. Yazınızda qeyd etdiyiniz kimi, əvvəlki münasibətlərin təsiri həqiqətən də mövcud münasibətə zərər verə bilər. Mən necə bu keçmişin təsirindən azad ola bilərəm və yeni münasibətimi daha sağlam şəkildə qura bilərəm? Təsirli bir başlanğıc üçün məsləhətiniz nə olar?
Bu yazını oxuyarkən mənim də bir çox düşüncələrim dəyişdi. Əvvəlki münasibətlərimdə yaşadığım xəyanət hissi, bu gün də cari münasibətimə təsir edir. Həqiqətən də inamsızlıq və təhlükəsizlik hissi çox böyük problem yaradır. Mən nə etməliyəm ki, keçmişin təsirindən qurtulub, indiki münasibətimə tamamilə sağlıqlı yanaşım? Bu məsələdə mənə hansı addımları atmağı məsləhət görərdiniz?
Münasibətlər haqqında danışan yazılar adətən çox ümumi olur, amma bu məqalə həqiqətən çox diqqətlə hazırlanıb. Xüsusilə “Emosional yüklənmə” bölümü mənim üçün çox yerində oldu, çünki bəzən insanlar qarşı tərəfə həddindən artıq emosional yük qoyurlar və nəticədə münasibətlərdə gərginlik yaranır. Bir az da daha konkret nümunələr verilsəydi, yazı daha təsirli ola bilərdi, amma ümumilikdə çox faydalıdır.
Çox maraqlı yazı idi, amma məncə yazının bəzi hissələri daha konkret məsləhətlər və nümunələrlə zənginləşdirilə bilərdi. Məsələn, “Məqsəd və dəyərlərin uyğunsuzluğu” hissəsini daha konkret həyat nümunələri ilə izah etmək yaxşı olardı. Lakin ümumilikdə çox dəyərli fikirlər var və yazı münasibətlərə olan baxışımı bir az dəyişdirdi. Əlavə olaraq, müəllifin yazı üslubu çox aydın və oxunaqlıdır.
Mənim vəziyyətim biraz fərqlidir, çünki mən və partnyorumun məqsədləri tam fərqlidir. O, ailə qurmaq və uşaqlarla maraqlanmaq istəyir, amma mənim karyeram daha ön plandadır. Həmişə bu mövzuda mübahisələr yaranır. Bəzən bu fərq münasibətimizi yaxşı mənada inkişaf etdirməyə mane olur. Bu vəziyyətdə nə etməliyəm? Dəyərlərimizi necə ortaq hala gətirə bilərik? Yardımınızı gözləyirəm.
Yazınız çox maraqlı və faydalıdır, amma mənim münasibətimdə ciddi bir problem var: Mən çox emosional yük daşıyıram və bir çox hallarda partnerimə bunu göstərirəm. Ancaq bu, münasibətimizə çox mənfi təsir edir. Emosional yükü necə azalda bilərəm? Partnyoruma necə dəstək ola bilərəm ki, münasibətimizə mənfi təsir etməsin? Bu mövzuda fikirlərinizi eşitmək çox istərdim.