Dəb hər il dəyişir. Bəzən əvvəlki illərin tərzi geri qayıdır, bəzənsə, tam fərqli stillər vitrinləri bəzəyir. Əvvəl aldığımız bir geyim neçə il qarderobumuzda qalardısa, indi hər mövsüm dəb dəyişir.
Bu payız da bir çox geyim tərzləri illər əvvəldən geri qayıdıb. Amma onlar dəb olsalar da, bir çox qadınlar heç vaxt qarderoblarına daxil etməz.
Şlyapa və papaq
Hər qadın papaq və ya şlyapa taxmağı sevmir. Bunun əvəvzinə son vaxtlar dəb olan papaqlı palto və ya gödəkcə seçilir.
Ortası boş şalvarlar
yarandığı gündən bu cür şalvarlar müzakirələrə səbəb olub. Bir vaxtlar hip-hop və ya rep tərzi hesab edilən bu cür stli indi adi vitrinlərdə tapmaq mümkündür. Bu cür şalvarlar bəzən kök bədən quruluşunu gizlətməkdə istifadə edilir.
Bəzəkli gödəkcə
Bər-bəzəyi hər xanım sevmir. Çoxları sadəliyə üstünlük verir. Çünki sadə gödəkcəni hər geyimlə istifadə etmək olur. Muncuqlu, zərli və ya qaşlı gödəkcə isə hər ab-havaya uyğun deyil.
Dəri tayt
Tayt son günlər ən çox istifadə edilən geyim növüdür. Həm rahatdır, həm də hər tərzə uyğundur. Amma dəri tayt heç də arzuolunan deyil. İlk növbədə bu geyim insanı artıqçəkili göstərir.
Dar pencək
Pencək hər mövsüm dəbdə olub. Amma dar pencəyi sevən az adam var. Bunun yerini son vaxtlar boş pencəklər alıb ki, bu, həm dəbli, həm də rahatdır.
Ətəyi uzun şalvarlar
Bu cür şalvar mağazalarda hər zaman olub. Amma ən uyğunu ətəyi kəsdirməkdir. Əgər aldığınız şalvarın ətəyi uzundursa, onu kəsdirməkdən çəkinməyin.