Vodolazka

Dəbin zirvəsindəki vodolazka – FOTOLAR

Baxış sayı: 752

Vodolazkalar qış qarderobunu zənginləşdirən klassik geyim olsa da, tikanlı tüklər, dar boğazı bəzi xanımlarda onlarla açıq-aşkar düşmənçilik yaşayır. Burada üslub amili də rol oynayır. Lakin qış ayını xəstələnmədən başa vurmaq üçün qarderobunuza bir deyil, bir neçə vodolazka daxil etməlisiniz.

“Gencaile.az”saytı “Publika.az”-a istinadən xəbər verir ki, boğazı yöndəmsiz boş sviterlər bu mövsüm daha çox aktualdır.

Vodolazkaların yumşaq, isti və yun olması sviter seçimində əsas meyarlardır. Rahat və şıq görüntü yaratmaq üçün onları istər uzun və qısa yubkarlarla, istər klassik, istərsə də cins şalvarlarla geyinə bilərsiniz. Qalın yun vodolazkaların ilk görüntüsünü itirməmək üçün xüsusi qulluq göstərmək lazım gələcək, təmizləmə və yuma zamanı ehtiyatlı davranın. Əllə və ilıq suda yuyun, əks halda, formasını itirə və genələ bilər. Onu da demək lazımdır ki, əgər üstünə ləkə salmamısınızsa və siqaret çəkmirsinizsə, yun geyimləri ildə maksimum bir-iki dəfə yumaq kifayət edir. Sviter və vodolozkaları necə gəldi atmayın, səliqəli qatlayın.

Vodolazka 7

Bəs uzunboğaz sviterləri nə ilə geyinək ki, üslubunuza xələl gəlməsin?

Lasinlər və ya cinslərlə: Vodolazkalar dar cinslər və lasin ilə gözəl qalır. Obrazın darıxdırıcı olmaması üçün uzun kolyelər, böyük qaşlı üzük və sırğalar taxın.

Klassik şalvarlar: Vodolazkalar cinslər kimi, klassik şalvarlarla da yola gedir. Bu tərz klassik qlamur stil ofis stili üçün uyğundur. Lakin ofis stili üçün aksessuarların üzərinizdə qışqırmamasına diqqət edin.

Xəz jiletlərlə: Vodolazka xəz jiletlərlə çox gözəl uzlaşır. Bu, nəinki isti saxlayır, həm də müəyyən üslub yaradır. Vodolazka xəz jiletlərlə xüsusilə gözəl görünür. Unutmayın ki, parlaq görünmək üçün ziddiyyət yaratmaq tələb olunur. Gözləri yormamaq üçün hər iksini yaxın rəng qammasında seçməyə çalışın.

Paltar və ya sarafanla: Qısa qollu paltarlar hər bir qadının qarderobunda var. Əgər parçanın fakturası onu payızda və ya qışda daşımağa imkan verirsə, onda vodolazkanı donun altından cəsarətlə geyinə bilərsiniz. Qalın kolqotkalar sizin tərzinizi mövsümə uyğunlaşdıracaq.

Yubka ilə: Vodolazkanın hər geyimlə uzlaşması universal olmasını bir daha təkrar edir. Yubka vodolazkanı vurğulayan sərfəli geyimdir. Fasonları tamamilə fərqli götürmək olar. Bu, qalın parçalı yubka-karandaşlar və ya yumşaq-yüngül yubkalar ola bilər. Ətəyin uzunluğunun fərqi yoxdur: mini, midi, hətta maksi də ola bilər. Bütün bunlar sizin zövqünüzdən asılıdır.

Əgər siz vodolazkaları uyğunlaşdırmaqda çətinlik çəkirsinizsə, aşağıdakı obrazlara nəzər salın.

Vodolazka 1

Vodolazka 2

Vodolazka 3

Vodolazka 4

Vodolazka 5

Vodolazka 6




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir