ayaqqabi

Dəblə addımlamaq üçün yazda hansı ayaqqabıları geyinməli?

Baxış sayı: 1. 493

Alaq, qənaət edək yoxsa tamamilə unudaq? 2017-inin yaz/yay mövsümü üçün aktual olan bu suallara çoxumuz cavab tapmağa çalışırıq. Biz isə stil məsləhətçilərinin fikirlərindən yola çıxaraq sizin üçün qarşıdakı mövsümlərdə dəblə addımlamaq üçün hansı ayaqqabıları geyinmək lazım olduğunu müəyyən etməyə çalışdıq.

V kəsimli ayaqqabılar

Xüsusi kəsimli dekoltesi olan tufli və botlionlar yeni mövsümdə trenddir. Bu ayaqqabıların ön hissədən olan kəsimləri bir növ üçbucağı xatırladır. V kəsimli ayaqqabıların hündür, alçaq, geniş qısa və ya uzun dabanlılarına, tamamilə dabansızlarına rast gələ bilərsiniz.

Əyri dabanlı tufli və botilonlar

Bu cür dabanlar həm daxildən, həm də, xaricdən ola bilər. Əyri dabanlı ayaqqabılar olduqca qeyri-adi görünür və əvvəlki tendensiya, yəni, üçbucaq boyunları ilə dəbi bəzəyir.

İti burunlu ayaqqabılar

Futuristik həndəsi kəsimli ayaqqabılar müəyyən vaxtlarda aktual olasa da, bu il və yeni mövsümdə daha çox rast gəlinən ayaqqabılardandır.

Düz paltformalı sandallar

Nə qədər idman tərzində və futuristikdirsə, bir o qədər də yaxşıdır. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir