geyim

Dəblə ayaqlaşan kişilər üçün YAZ KOMBİNLƏRİ

Baxış sayı: 1. 959

Kişilər adətən geyimlərində daha sadə və rahat parçalara üstünlük verirlər. Amma hansısa qarışıq kombinlər etmək onlar üçün asan deyil. “Gencaile.az” kişilər üçün 5 fərqli kombin məsləhət görür.

 

Ağ şalvar

Yaz aylarının gəlməsi ilə birlikdə kişilərin qarderobunda ən gözəl parçalardan biri də ağ şalvarlardır. Ağ şalvarı təbii bir görünüş və küçə stili üçün krem və qəhvəyi rənglə kombinləyə bilərsiniz. Xüsusilə iş həyatınızda bu rənglər sizi olduqca şıq göstərəcək. Bu tip kombinlərdə fərqli rəng aksessuar seçimi ilə diqqəti aksessuarlarınıza və ayaqqabınıza da çəkə bilərsiniz.

 

Pencəklər

Eyni rəng modasına uymaq istəməyən və “smart casual” görüntü istəyən kişilər isə ağ şalvarlarını naxışlı pencəkləri ilə birləşdirərək, klassik formaya müasir bir toxunuş edə bilərlər. Solğun tonlarda olan kətan və pambıq köynəklərlə kombinlərinizi zənginləşdirə bilərsiniz.

 

Eyni kombin, fərqli təqdimat

Rahat kombinlənə bilən pambıq pencəklər və köynəklərlə müasirləşdirilmiş kiçik detallarla yazı salamlaya bilərsiniz. Funksional kəsimlərlə təqdim olunan viskon və koton toxunuşlar yazın xəfifliyini hiss etdirir.

 

İdman şıqlığı

Yazın rənglərini idman formları ilə birləşdirin. Modern və canlı parçalar, qeyri-adi kəsimlər, ətəyi topuqda bitən şalvarlar və ağ sadə idman ayaqqabıları.

 

Canlı kombinlər

Göy üzünün fərqli tonlarını pencək, jilet, köynək və şalvarlarınızda bir yerə gətirin. Torpaq tonları ilə mavinin uyğunluğunu birlikdə istifadə edərək, sadə və şıq bir görünüş yarada bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir