ULVIYYE EFENDIYEVA

DƏHP nədir? – PSİXOPEDAQOQ YAZIR

Baxış sayı: 727

Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntu –  əlamətləri 7 yaşından öncə başlayan, şəxsdə konsentrasiya problemləri, həddən artıq hərəkətlilik, impulsivliklə müşahidə edilən neyro – inkişaf problemidir.

DƏHP-in 3 alt tipi var:

1)  Diqqət əskikliyinin ön planda olduğu tip

2) Hiperaktivlik və impulsivliyin ön planda olduğu tip

3) Qarışıq tip

Diqqət əskikliyinin əlamətləri: müəyyən bir işə diqqətini toplamaqda çətinlik çəkir və ya məktəbdə tapşırıqlarda xətalara yol verir, vəzifələr və oyunlar müddətində diqqətini davam etdirməkdə çətinlik çəkir, onlarla danışarkən sanki dinləmirmiş kimi təəssürat yaradır, gündəlik fəaliyyətlərdə unutqandır və s.

ders

Hiperaktivlik əlamətləri; həddən artıq hərəkətlilik, bir yerdə qərar tuta bilməmək, oturarkən belə əl və ayaqları hərəkət etdirmək, sürətli danışmaq və s

İmpulsivlik əlamətləri; istəklərinin dərhal təmin olunmasında israrlılıq, səbirsizlik, düşünmədən hərəkət etmək, tələskənlik və s.

 

DƏHP- in səbəbləri:

Genetik amillər

Hamiləlik zamanı ananın dərman, içki qəbul etməsi, siqaret çəkməsi, stressli olması, ananın yaşının gənc olması

dehp

DƏHP şəxslərin rastlaşa biləcəyi problemlər:

Özünə inamın aşağı olması

Bacarıqlarının daha zəif görünməsi

Qarşılıqlı münasibətlərdə problem

Qanuna zidd davranışlar

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir