kosmos

Dəmir, ət qoxusu gəlir, gözlərinizi yumsanız da, ulduzlar görünür: Kosmosda bir gün

Baxış sayı: 1. 069

İnsanını düşündürən məsələlərdən biri də kosmosdakı yaşam tərzidir. Kosmik stansiya 16 ölkə tərəfindən fəzada inşa edilən araşdırma mərkəzidir. Təxminən 150 milyard dollar dəyərində olan kosmik stansiya insan tərəfindən inşa edilən ən bahalı və qarışıq icaddır.”Gencaile.az” saytı “Kuls.az”-a istinadən kosmosda rastlanan maraqlı hadisələri təqdim edir.

Kosmosda su çətin tapıldığından istifadə olunan suların yetmiş faizi təkrar içməli suya çevrilir. Tərin, sidiyin belə istifadəyə yararlı hala salınması mümkündür. Yəni kosmosda içilən qəhvə və ya çay bir gün əvvəlki tullantıdan hazırlana bilər.

Gallery

Bəslənmək üçün qurudulmuş qidalardan istifadə olunur. Hər bir kosmonavtın gündə üç dəfə qidalanmaq haqqı var. Xüsusi paketlərdə saxlanılan qidalar yeməkdən əvvəl isladılaraq isinmiş hala salınır. Yarım kilo yeməyin kosmosa çatdırılma xərci təxminən on min dollar edir.

Kosmosda cazibə qüvvəsi olmadığı üçün su molekulları havadan asılı qalır. Bu səbəbdən də əlləri və bədəni sabunlayıb yuyarkən bunu bir dəsmal vasitəsi ilə etmək lazım gəlir.

Gallery

Dişləriniz təmizlədikdən sonra isə ağızdakı mayeni udmaq məcburiyyəti yaranır.

Saç və saqqal kəsimi zamanı isə tüklərin havada uçuşmaması üçün xortumlu makinadan istifadə olunur. Eləcə də dırnaqlar tutulan zaman mütləq tozsoran yandırmaq lazım gəlir.

Gallery

Təbii ehtiyacın ödənilərkən ayaqyoluna quraşdırılmış xüsusi unitazdan istifadə olunur. Kosmonavt ayaqlarını ayaqyolunun döşəməsinə kəmərlərlə bağladıqdan sonra təbii ehtiyacını ödəməlidir. Əks təqdirdə ətrafda xoşagəlməz hal yarana bilər.

Kosmosda gündəlik geyimlər üç gündən bir, alt paltarları hər gün, corablar isə bir ay geyinilə bilər.

Gallery

Kosmonavtın 12 milyon dollar dəyərində olan paltarı 13 qatdan ibarətdir. Onun ağırlığı isə 127 kq-dır. Bu geyimdən hər dəfə istifadə etmək üçün təxminən 45 dəqiqə vaxt tələb olunur.

Bir kosmonavtın geyimi onu kosmosun vakuumundan, soyuğundan, radiasiyasından və mikrometeroidlərindən qoruyur, onu oksigenlə təmin edir. Çünki kosmosda kölgə ilə aydınlıq arasındakı istilik yüzlərcə dərəcə ola bilir.

Gallery

Kosmonavtların bildirdiyinə görə kosmos plastmas, ət və dəmir qoxusu verir.

Bir nəfərin kosmosda altı ay qalması atom elektrik stansiyasında işləyən birinin bütün həyatı boyu məruz qalacağı radiasiya miqdarı ilə təxminən bərabər olur.

Cazibə qüvvəsinin olmaması səbəbi ilə kosmosda olan yer insanının boyu altı ay ərzində beş santimetr uzanır.

Gallery

İnsan bədənindəki maye bərabər paylanıldığı üçün kosmosda qoxu alma hissi tədricən yoxa çıxır.

Sümük əriməsinin qarşısını almaq üçün hər bir kosmonavt ən azı iki saat yarım idman etmək məcburiyyətindədir.

Kosmonavt yuxudan səkkiz saat istifadə edə bilər. Bundan başqa onun bütün hərəkətləri yer kürəsindəki insanlar tərəfindən qərarlaşdırılır.

Kosmosda yatan insanlar gözlərini yumduqları halda belə ulduzları gördüklərini deyirlər. Bunun səbəbi kosmosdakı güclü işıq parlaqlığındandır.

Yuxu üçün xüsusi kabinələrdəki kisələrdən istifadə olunur. Bu kisələr isə kəmərlə kabinələrə bərkidilir.

Gallery

Kosmik stansiya yer səthindən 400 kilometr uzaqlıqda yerləşir. Onun dünya ətrafındakı bir dəfəlik dövrəsi doxsan dəqiqə çəkir və saatda 28000 kilometr sürətlə hərəkət edir. Bu səbəbdən də kosmosda olarkən bir gün ərzində on beş dəfə günün doğuşunu, on beş dəfə isə batışını izləmək mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir