bal

Dəri gözəlliyi üçün balın 5 istifadə üsulu

Baxış sayı: 2. 711

Dəriyə qulluq üçün ən əhəmiyyətli və təsirli məhsullardan biri baldır. Dərini nəmləndirən, qidalandıran və sızanaq problemlərini aradan qaldıran bal daha gənc qalmağınızı təmin edə bilər.

“Gencaile.az”-ın təqdim etdiyi bu ballı maska reseptləri sağlam dəriyə sahib olmağınıza kömək edəcək. Dərinizi yaza hazırlamaq üçün bu reseptləri mütləq sınaqdan çıxarın.

 

Ballı nəmləndirici dəri maskası

Yumşaldıcı və nəmləndirici xüsusiyyəti olan bal dərini quruluqdan xilas edir. 1 xörək qaşığı süd (ayran da ola bilər), 1 xörək qaşığı bal və 1 yumurta sarısını qarışdırıb təmiz dəriyə çəkin. Maskanı gözün ətrafına çəkməyin. Maskanı üzünüzdə 20 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyun.

 

Sızanaqları yox edin

Bal təbii bir antibakterialdır. Ona görə də sızanaq problemini aradan qaldıra bilir. Dəridəki qızarıqlıq üçün də təsirlidir. Balı pambığa vurub problemli bölgəyə tətbiq çəkin. Dərinizdə 15 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyun.

 

Ballı üz skrabı

1 xörək qaşığı balın içərisinə yarım xörək qaşığı qabartma tozu əlavə edib qarışdırın. Bu qarışığı təmiz dəriyə çəkin. Üzünüzə 5 dəqiqə masaj edin. Daha sonra ilıq suyla yuyunun. Bu skrab dərinizi ölü hüceyrələrdən təmizləyəcək və nəmləndirəcək.

 

Məsamələri təmizlən bal maskası

Bal dəridəki məsamələri təmizləyən güclü fermentlərə malikdir. 2 xörək qaşığı kokos yağını 1 xörək qaşığı balla qarışdırıb təmiz dəriyə çəkin. Maskanı üzünüzdə 10 dəqiqə saxladıqdan sonra ilıq suyla durulayın.

 

C vitamini və bal

C vitamin dərini möhkəmləndirir və gəncləşdirir. Balla C vitaminini birlikdə istifadə etdikdə onun təsiri daha da artır. Bir ədəd limonu ortadan ikiyə bölün və tumlarını təmizləyin. 1 xörək qaşığı balı yarım limonun üzərinə çəkin. Daha sonra limonu dairəvi hərəkətlərlə üzünüzdə gəzdirin. 5-10 dəqiqə gözləyib ilıq suyla üzünüzü təmizləyin.

Qeyd edək ki, bu maskaların hər birindən sonra dəri tipinizə uyğun nəmləndirici krem çəkməyiniz vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir