deri

Dəridə quruluq yaradan səbəblər

Baxış sayı: 1. 127

Dermatoloqa ən çox edilən şikayətlərdən biri də quru dəri problemi ilə bağlı olur. Bunu dermatoloq, uzman həkim Mehdi İskəndərli bildiriR. Həkim deyir ki, dəri qurluğunun bir çox səbəbləri var. Onun sözlərinə görə, endokrin xəstəliklər, daxili orqanların bədxassəli şişləri, qan, böyrək, qaraciyər xəstəlikləri və s. dəridə quruluq yarada bilər.

Ümumiyyətlə, dərinin 5 növü var: 1. Quru dəri, 2. Yağlı dəri, 3. Qarışıq dəri, 4. Həssas dəri, 5. Normal dəri.

Dəri quruluğu problemi lokal ola bilər. Yəni, dərinin hər hansı bir tək nahiyəsində quruluq yarana bilər. Bəzi insanlarda dəridə quruluq bütün bədəni əhatə edə bilər. Lakin, üz dərisinin quruluğu daha sıx görülən problemdir. Dəri quruluğu problemi həm daxili xəstəliklər fonunda, həm də xarici faktorlardan yarana bilər. Yəni, dəridə quruluq həm endogen, həm də ekzogen səbəblərdən yarana bilər. Belən olan halda dəri həkimi xəstədədən laborator, radioloji, patoloji və s. kimi testlər tələb edə bilər. Əgər dəri quruluğu probleminin səbəbi aşkar edilərsə hətta bu xəstəlikdən biryolluq qurtulmaq şansı da vardır.

Endokrin xəstəliklər, daxili orqanların bədxassəli şişləri, qan xəstəlikləri, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri və s. dəridə quruluq yarada bilər. Peşəkar dermatoloq adətən sistem problemləri şübhəsi olduğu təqdirdə xəstəni lazımı testlərdən keçirir və dəridə quruluğun səbəbini təyin edir. Bəzi genodermatoz dediyimiz genetik xəstəliklər də dəridə quruluq verə bilər. Məsələn, ixtioz xəstəliyi quru dəri simptomu ilə özünü göstərən bir irsi xəstəlikdir. Bu xəstələrdə quruluq bədənin bütün nahiyəsində olur. Lakin, ixtioz xəstəliyi ilə əlaqəli meydana gələn quruluq və qabıqlanmanı ən müasir müalicə üsulları ilə aradan qaldırmaq mümkündür. Dəridə quruluq yaradan ekzogen səbələrə gəlincə, çimmək, geyinmək vərişləri, dəriyə tətbiq edilən sabun, şampun və gellər də dəridə quruluq yaradan səbəblər arasındadır. Həm daxildən gələn, həm də xaricdən qaynaqlanan dəri quruluğu probleminin ən müasir yollarla həlli vardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir