deri

Dəridəki ləkələri aradan qaldırılmağın yolları

Baxış sayı: 572

Yaz ləkələri Günəşin aktivləşməsindən sonra əsasən tünd dərisi olanlarda yaranır. Onlara ən çox yanaq, alın və dodaq nahiyələrdə rast gəlinir. Günəş ləkələrini aradan qaldırmaq üçün mütləq dermatoloqlara müraciət edilməlidir.

Həkim-kosmetoloq Samirə Əzizova deyir ki, ləkələrin yaranma səbəbləri müxtəlif ola bilər: “Onlar hormonal problemlər nəticəsində, habelə qaraciyər xəstəlikləri ilə əlaqədar, aknedən sonra, həmçinin hamiləlikdən əvvəl və hamiləlikdən sonra yarana bilər. İlk növbədə ləkənin mənşəyini müəyyənləşdirmək və ona uyğun müalicə tətbiq etmək lazımdır”.

Günəş ləkələrinin aradan qaldırılmasında krem müalicəsi və kimyəvi pilinqdən istifadə olunur. Xüsusilə də üz nahiyəsində rast gəlinən həmin ləkələr daha çox narahatlıq doğurur. Bunun üçün bir çox təbii müalicə üsulları var. Onlar kimyəvi qatqılarsız olduğundan dəriyə mənfi təsir göstərmir. Alma sirkəsi, qatıq, aloe, kartof və limon kimi təbii vasitələrin ləkə zamanı dəriyə istifadə edilməsi qısa müddət ərzində müsbət nəticələr verir. Günəş ləkələrinə qarşı ən səmərəli vasitələrdən biri də limon suyudur. Onun tətbiqi tez bir zamanda ölü hüceyrələri aradan qaldırır, tünd hissələrin ağarmasına səbəb olur.

“Ləkələr xronikləşmiş proses hesab edilir. Bəzən ona qarşı uzun müddət davam edən müalicə prosedurları aparılır. Düyü maskaları və düyünün limonla qarışıqları çox yaxşı nəticələrə səbəb olur”, – deyə həkim-kosmetoloq bildirir.

Günəşə uzun müddət məruzqalma çillərə bənzəyən ləkələr – melozma yaradır. Ona görə də şüaların birbaşa dəri səthinə düşməsinin qarşısını almaq, dəriyə qoruyucu krem çəkmək, nəmləndirici kremdən istifadə etmək, günəşli havalarda epilyasiya olunmamaq əsas şərtlərdəndir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir