deri

Dərinin yağlılığını necə azaltmalı? – 3 TƏBİİ VASİTƏ

Baxış sayı: 1. 397

Yağlı dəri digər dəri növləri ilə müqayisədə daha gec qocalır. Bu onun danılmaz üstünlüyüdü. Lakin cavanlıqda yağlı dəri öz sahiblərinə çoxlu problemlər yaradır – iltihablar, civzələr, sızanaqlar, xoşagəlməz parıltı.

Bu problemləri azaltmaq üçün bəzi təbii vasitələr yaxşı kömək edir. Beləliklə,  sizə 3 belə vasitəni təqdim edirik:

 

1. Limon dilimi. Bu sadə vasitə dərini yaxşı təmizləyir, ağardır, pis parıltını götürür, məsamələri daraldır. Hər gün istifadə etmək olar.

2. Sirkə əlavə olunmuş su. Üzünüzü yuyanda suya sirkə əlavə edin. Sirkə dərini yaxşı təmizləyir və təravətləndirir, yağlılığı azaldır.

3. Kosmetik gil (ağ, göy, yaşıl). Bu vasitə də yağlı dəriyə baxım zamanı çox effektlidir. Gili su ilə qarıdırın, üz dərisinə çəkin, 15 dəqiqədn sonra yuyun və nəmləndirici krem çəkin. Belə maskalardan həftədə 2 dəfə istifadə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir