Qeyri-sağlam vərdişlər dəriyə edilən bütün faydalı gözəllik prosedurlarına mənfi təsir edir. Bu mənfi təsirləri yox etmək, təmiz dəri üçün nələri qurban verərik… Biz də, sizə gözəl, sağlam dəriyə sahib olmağınız üçün imtina etməli olduğunuz 8 vərdişdən yazırıq.
Sabun
Bəli, sabun üzü tamamilə təmizləyir. Amma eyni zamanda da, dərini qurudur, qıcıqlandırır, qoruyucu qatını zədələyir və təbii yağ balansına da mənfi təsir göstərir. Ona görə də, tərkibində sərt sulfat olmayan süd və köpük kimi vasitələrdən istifadə etməyiniz daha yaxşıdır. Hətta bu vasitələrlə problemli dərini də təmiz, yumşaq etmək olur. Sabunu isə əllərinizi yumaq üçün saxlayın.
Siqaret
Siqaret çəkən birisənsə ondan imtina etmək üçün yəqin ki, bundan yaxşı səbəb olmaz. Siqaret dəriyə necə təsir edir? Hər siqaret istifadəsindən sonra dəridə qırışlar yaranır və dərinin rəngi tündləşir. Siqaret çəkilən dəri 10 ildən sonra 2.5 il daha yaşlı görünür. Eyni zamanda da, dodaqlar nazikləşir, kənarları düşür və ağız ətrafı qırışlar üçün çanta rolunu oynayır.
Makiyajla yatmaq
Siz yatdığınız zaman dərinin istiliyi üzünüzdə olan kremlərin, serumların faydalı maddələrini özünə çəkir. İndi isə gün ərzində makiyajınızın üzərinə yığılan tozlar, bakteriyaları və o makiyajla da yatmağınızı düşünün. Nəticədə məsamələr tutulur və genişlənir, sızanaqlar yaranır. Xüsusilə, 25 yaşdan sonra dəriyə daha çox diqqət göstərmək lazımdır: bu yaşda kollajenlər azalır və məsamələr elastikliyini itirməyə başlayır, ölçüsü daralır.
Düzgün qidalanmamaq
Amerikalı alimlərin fikrinə görə, yüksək qlisemik indeksli qidalar qan şəkərini artırır və insulinin sintezini başladır. Bu isə öz növbəsində androjen hormonlarının istehsalını stimullaşdırır, nəticədə də, təkcə qarın hissədə deyil, həm də, sızanaqlarda da yağ ifrazını sürətləndirir. Sadə karbohidratları mürəkkəblərilə əvəzləyin, rasionunuza zülal və dənli bitkilər əlavə edin, 6 aydan sonra isə dərinizin rəngində və formasında mükəmməl dəyişiklik görəcəksiniz.
Evdə buxarla təmizləmə
Əllərinizi sızaqlardan çəkin! Səhv üz təmizləmə prosesində siz məsamələr vasitəsilə dərinizə mikrobların daxil olmasına şərait yarada bilərsiniz. Siz bunu kosmetoloji mərkəzdə etsəniz heç bir problem yaşamazsınız, çünki orada bu prosesi həyata keçirtmək üçün xüsusi vasitələr olur. Əgər evdə təmizləmə edirsinizsə salisil spirtindən istifadə edə bilərsiniz. Spirti pambığa batırıb sızanaq olan hissəyə çəkin. Bu, gün ərzində məsamələri daraltmağa kömək edəcək.
Yuxu əskikliyi
Yuxu əskikliyi sizi davamlı olaraq stressə salır, maddələr mübadiləsini və immuniteti zəiflədir, baş ağrıyır və dəri də yorğun görünür. Yuxu prosesi təbii bir hal olub, orqanizmin fəaliyyətini bərpa edir, gün ərzində hüceyrələri toksinlərdən azad edir.
Dodaqları yalamaq
Ağızda yetəri qədər nəm olmadıqda başlayırıq dodaqlarımızı yalamağa. Amma bu vəziyyəti pisləşdirir: çünki bu tüpürcək qatı bir neçə dəqiqəyə buxarlanır və dəri daha da həssalanır. Bunun qarşısını almaq üçün aloe və şi yağından balzam hazırlayıb barmaq vasitəsilə dodaqlarınıza tətbiq etməlisiniz. Çox çatlamış dodaqları isə yatmazdan əvvəl 1%-li hidrokortizonla müalicə edə bilərsiniz.
Düzgün qaralmamaq
Günəşin zərərli şüalarından dəri özünü qorumaq üçün böyük bir əmək sərf edir və kobudlaşır, nəticədə melanin həddindən artıq istehsal olunmağa başlayır. Bu piqment dərinin vaxtından əvvəl yaşlanmasına gətirib çıxardır. Bu hallarla rastlaşmamaq üçün həmişə təkrar etməliyik: evdən günəşə qarşı losyon istifadə etmədən çıxmamalıyıq və onu hər saatdan bir yeniləməliyik.