duz

Dəriyə ziyanlı 7 ərzaq məhsulu

Baxış sayı: 1. 417

Gündəlik qida rasinonumuza daxil etdiyimiz ərzaqlar sağlamlığımıza təsir etməklə yanaşı həm də dəriyə öz mənfi və ya müsbət təsirini göstərir.  Odur ki, təravətli və gözəl dəri üçün hansı ərzaqların faydalı və ziyanlı olmasını öyrənməkdə fayda var. Bu yazımızda dəriyə ziyanlı olan ərzaqlar haqqında oxucuları məlumatlandıracağıq.

 

Konfet: onun tərkibində olan şəkər və saxta dadlandırıcılar, rengli maaddeler dərini yumşaq və elastikliyini saxlamağa xidmət edən proteinləri – elastin və kollagen maddələrini parçalayır. Çay içərkən onu tərkibində qlükoza əvəzinə daha faydalı maddə- fruktoza olan xurma və bu kimi quru meyvələrlə əvəz etmək olar.
candy

Çips– Çipslər dəri üçün həddindən artıq ziyanlıdır: belə ki dərinin vaxtından əvvəl yaşlanmasına, dəridə sızanaq və civzələrin yaranmasına səbəb olur. Bu qəlyanaltı yuxarıda adı çəkilən dərinin gözəlliyi üçün mühüm rol oynayan kollagen maddəsini də parçalayır və funksiyasını zəiflədir. Buna görə də bu qəlyanaltıları daha sağlam olan ərzaqlarla, meyvələrlə, quru meyvə və çərəzlə əvəz etməyə çalışın.

 

chip

Limonad və meyvə şirələri– Söhbət marketlərdə satılan qatqılı meyvə şirələrindən gedir. Həmin şirələrin əksəriyyəti heç də təbii deyil və tərkibindəki süni şirinləşdirici maddələr, dadlandırıcılar, soda mövcuddur ki, bu maddələr dəridə sızanaq və civzələrin yaranmasına səbəb olur.  Ona görə də evdə özünüz meyvələrdən hzırlanmış və şəkər əlavə edilməmiş təbii şirələr çəkməyə üstünlük verin.
bottle-of-juice--bottle--cocktail--alcohol_3298124

Marqarin– Bu yağın tərkibində olan modifikasiya olunmuş  yağlar (buna trans piylər də deyilir) nəmlənmə prosesini ləngidərək dərini qurudur və qırışların əmələ gəlməsinə səbəb olur.  Yeməkləri hazırlayarkən bədənimiz üçün sağlam olan zeytun yağından istifadə etməyə çalışın.

unhealthy food7

Duz– Bəzi insanlar həddindən çox duzlu yeməkləri sevir. Lakin, normadan artıq duz tərkibindəki sodium səbəbindən dəridə civzələrin əmələ gəlməsi ilə yanaşı, gözaltı qaralmalara səbəb olur. Bundan əlavə bəədnimizdə gedən dehidrasiya prosesini  (bədənin su ilə təmin olunması)  ləngidir ki bu da dərini qurudur, nəmlənməsinə mane olur. Yeməklərinizdə maksimum qədər az miqdarda duz istifadə etməyə çalışın. Yeməklərdə duzdan minimum istifadə edərək digər faydalı adviyyatlarla fərqli və ləzzətli etmək olar.

duz2

Süd-  Südün, xüsusilə də tam yağlı südün tərkibində olan hormonlar dəri hüceyrələrində məsamələrin tıxanmasına səbəb olur. Dərimizin üzəri sebum yağı adlanan maddə ilə örtülüdür. Bu yağın normadan artıq olması dəridə civzələrin yaranmasına səbəb olur. Həddindən çox süd içmək isə sebum yağını artırdığı üçün dəri üçün ziyanlıdır. Buna görə də daha çox azyağlı süddən istifadə etməyə çalışın.

mi

Kofein– Həddindən artıq kofeinin  (gündə 2-3 fincan və daha atıq kofein tərkibli içkilər və yeməklər) tərkibində olan kortizol maddəsi (həmçinin stres hormonu adlanır) dərinin yaşlanma prosesini sürətləndirir, dərini nazikləşdirir. Nazik dəri zəif və gücsüz olduğu üçün sızanaq və civzələrin daha sürətlə yaranmasına səbəb olur.

cof

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir