metbex

Dərmandan daha yaxşı təsir edən 4 sağlamlıq qaydası

Baxış sayı: 1. 057

“Rəngarəng meyvə və tərəvəzlər, xüsusilə çuğundur, eləcə də paxlalı bitkilər özündə çox miqdarda fitonitrient ehtiva edir ki, bu da öz növbəsində qaraciyərin güclənməsinə kömək edir”.

“Gencaile.az” xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Klivlend Xəstəxanasının həkimi, naturopat Kristin Kirkpatrik qaraciyər sağlamlığı haqqında danışarkən deyib. Mütəxəssis qaraciyər sağlamlığı haqqında 4 vacib tövsiyəni bölüşüb:

 

Meyvə-tərəvəz

“Sağlam pəhriz sayəsində detoksifikasiyanı dəstəkləyən ferment sistemləri qaraciyərin zərərsizləşdirilməsini dəstəkləyə bilər. Bu, həkimlərin Aralıq dənizi pəhrizini tövsiyə etməsinin səbəblərindən biridir. Paxlalı bitkilər, meyvə və tərəvəz bolluğu Aralıq dənizi pəhrizinin ayrılmaz hissəsidir”.

 

Yeməkləri sarımsaq və zeytun yağında bişirin

“Demək olar ki, yediyiniz hər şeyə sarımsaq əlavə etməklə qaraciyərə böyük fayda verirsiniz. Həm sarımsaq, həm də zeytun yağı ümumi sağlamlığı yaxşılaşdırır. Bu da qaraciyərin daha səmərəli işləməsinə kömək edir.

Qidalandırıcı maddələr, minerallar və amin turşular ilə zəngin pəhriz qaraciyərin işini yaxşılaşdırır. Sarımsaq kükürdlü birləşmədir, odur ki, konyuqasiyanın ikinci mərhələsindəki prosesləri dəstəkləyir” , – deyə mütəxəssis əlavə edib. O, çox miqdarda meyvə-tərəvəz, həmçinin balıq ilə rəngarəng pəhrizin vacibliyini vurğulayıb.

 

Çili istiotu ilə yeməyə ləzzət qatın

“Bir araşdırmada məlum olub ki, kapsaisinlə zəngin olan çili bibəri qaraciyər xəstəliyi olan insanlara xeyirdir. Odur ki, yemək bişirərkən istiot əlavə edin”.

 

Şəkərdən çəkinin

“Şəkər qaraciyər üçün bəlkə də ən böyük təhlükədir. Qaraciyər şəkər mübadiləsində əhəmiyyətli rol oynayır, şəkərin düzgün metabolizə edilməməsi və parçalana bilməməsi qaraciyərə zərər verir. Qaraciyəri yaxşılaşdıran qidalar bütövlükdə bədənin vəziyyətini yaxşılaşdırmaq üçün tövsiyə edilən rasiondan fərqlənmir.

Bədənə istirahət vermək üçün detoksifikasiya edə bilərsiniz. Burada söhbət detoksifikasiyanı sürətləndirmək üçün qida və əlavələrdən istifadə etməkdən getmir. Tərəvəzlərə diqqət yetirin, alkoqol və qablaşdırılmış qidalardan qurtulun, lazımsız dərmanları minimuma endirin, bədənin lazımi su ehtiyacını ödəyin. Bu strategiya eyni zamanda digər orqanların da detoksifikasiyasını əhatə edir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir