Qreyfrut

Dərmanı zəhərə çevirən içki, yaxud SÜFRƏMİZDƏKİ ÖLÜM ŞİRƏSİ

Baxış sayı: 970

Qreyfrut şirəsi sağlamlıq üçün son dərəcə təhlükəli ola bilər. Bir sıra dərmanlar var ki, onu qəbul etdikdən sonra gün ərzində qreypfrut şirəsi içilərsə, hətta ölümcül nəticələrə də gətirib çıxara bilər.

“Gencaile.az” saytı xarici mediaya istinadən xəbər verir ki, cənub-qərbi Ontario əyalətində fəaliyyət göstərən universitetin alimləri araşdırmaların nəticəsi olaraq bu qənaətə gəliblər.

Həkimlər şirənin mənfi təsir etdiyi dərmanların siyahısını tərtib ediblər. Qreyfrut şirəsinin 2008-ci ildə cəmi 17 dərmanı toksinə çevirdiyi məlum idisə, hazırda bu siyahıda 43 dərman preparatının adı qeyd edilib.

Professor Devid Beyli hesab edir ki, həkimlər öz pasiyentlərinə resept yazarkən mütləq şəkildə sözügedən şirənin fəsadları barədə məlumat verməlidir.

Onun sözlərinə görə, qreyfrut şirəsinin tərkibində dərmanların normal həll olunmasına mane olan və preparatların toksikliyini artıran, həmçinin bədənə mənfi təsir edən furanokoumarinlər var. Bu, daha ciddi təsirlərin yaranmasına səbəb ola bilər. Xüsusilə ürək problemləri, böyrək çatışmazlığı, əzələ ağrıları, tənəffüsün ağırlaşması və hətta qan laxtalanmasına gətirib çıxarar.

Qeyd edilir ki, limon, naringi kimi digər sitrus meyvələri də qismən də olsa, eyni təsiri göstərə bilər. Yalnız bəzi şirin portağal növləri tamamilə təhlükəsizdir.

Bir sözlə, elm adamları şirənin zərərli təsirlərin qarşısını almaq üçün dərmanlara dair təlimatları diqqətlə oxumağı və həkimə müraciət etməyi məsləhət görür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir