carpayi

Dəyərindən qat-qat bahalı dizaynda hazırlanan əşyalar

Baxış sayı: 1. 585

Dünyada ən vacib nüans puldur. Maddiyyat hər şey demək olmasa da, çox şey deməkdir. Bəzi insanlar yaşayış üçün qəpik-qəpik pul yığdıqları halda, digər bir qrup insan qazancını elə istiqamətlərə xərcləyir ki təəccüblənməmək əldə deyil. Bahalı həyatı qadağan edə bilmərik, amma daha səmərəli edə bilərik.

Məsələn, siz bir uşaq əmziyini aptekdən ən baha neçəyə alırsız? Bəs qışda istifadə etdiyimiz çətirləri? Adi bir tozsorana necə? Siyahıda görəcəyiniz qiymətlər sizi ən az bizim qədər təəccübləndirəcək.

Beləliklə,  sizə dəyərindən qat-qat bahalı dizaynda hazırlanmış həmin əşyaların fotolarını təqdim edirik.

 

Dekor uşaq əmzikləri – Müxtəlif daş-qaş, bəzəklərlə işlənmiş əmzik və iri qida şüşələri gənc valideynlərin diqqətini çəkir. Övladına hər şeyin ən yaxşısını layiq görən valideynlər bu cür dekorla işlənmiş əşyalarla özləridə bilmədən uşaqlarının sağlamlığına zərər verə bilərlər.

İlk baxışdan olduqca məsum və gözəl görünən əmziklər əslində, uşaqlar üçün ölüm təhlükəsi yaradacaq qədər qorxuludur. Bu cür əmziklər orijinal deyil. Azərbaycanda onları keyfiyyətsiz və ucuz materiallardan hazırlayıb satırlar. Orijinal formasının qiyməti isə 17.000 dollar təşkil edir. Üzəri 280 ədəd briliyantla işlənmiş slikon əmziyin qulpu ağ qızıldandır.

 

VİP ayfon- Texnologiyanın əsiri olan gənclik ən bahalı mobil telefonlara, kompüterlərə sahib olmaq istəyir. Nəzərə alsaq ki, normal qiymətə təklif olunan texnoloji avadanlıqlar da eyni funksiyaları daşıyır bəs bunun əsas səbəbi nədir? Prestij? Şöhrətpərəstlik? Dünyaca məşhur “Apple” şirkətinin istehsal etdiyi ayfon markalı telefonlarının qiymətləri hər kəsə məlumdur. Şəkildə gördüyünüz sadəcə ayfon deyil.

Bu ayfonun ərəb şeyxləri üçün istehsal etdiyi xüsusi buraxılışıdır. Üzəri qızılla işlənmiş telefonların satış qiyməti 48.000.000 dollardır.

 

Ən bahalı çarpayı– Gənc qızların ailə qurarkən ən çox düşündürən mövzulardan biri cehizdir. Mebel dəstlərinin kəmiyyət və keyfiyyət fərqini nəzərə alsaq 10 min manatlıq dəst də, 7 min manatlıq dəst də demək olar ki eynidir.

Xüsusi brendlər istisnadır. Şabalıd ağacının ən yaxşı növündən hazırlanan bu çarpayının müəllifi Stüart Xyüdjesdir. 24 karatlıq briliyant, almaz və digər dəyərli daş-qaşlarla bəzədilmiş çarpayının çəkisi 107 kq-dır. Qiyməti isə nə az nə çox düz 6.3 milyon dollar təşkil edir.

 

Prezervativ Louis Vuitton – Artıq şərhə ehtiyyac yoxdur. Louis Vuitton ilklərə imza ata-ata gedir .

 

Svarovski daşlarla işlənmiş tozsoran. Evdar xanımların köməkçisi olan məişət avadanlığı dünyada Ginnesin Rekordlar Kitabına düşüb. Təbii ki, bu, bizim istifadə etdiyimiz tozsoranlar deyil. Tozsoranın dizaynına 3730 svarovski daş işlədilib. Qiyməti 20 min dollar olan tozsoranı istifadə etməyə heç kimin əli gəlməz yəqin ki.

 

Qızıl velosiped – 24 karatlıq qızıldan hazırlanmış velosipedin qiyməti 400 min dollardır. Belə bir velosipediniz olsa onu yaşadığınız binanın blokunda və ya həyətinizdə qoyardınız?

 

Timsah dərisindən çətir – İtaliyalı milyonçu Anjelo Qlassonun dizayneri olduğu çətin ən bahalı timsah dərisindən hazırlanmışdır. 5 min dollar dəyərindədir.

 

Çemodan – ən müxtəlif ekzotik materiallardan hazırlanan çamadanən qiyməti cəmi 20 min dollardır. Maqnezium, alüminium, titan, karbonlu liflər və qara ağacdan hazırlanan çamadanın təkərlərinə elektrik motorları quraşdırılıb. Çamadanın dəstəyini hansı istiqamətə əysəniz, o istiqamətə də hərəkət edəcək.

 

Qızıl ayaqqabı bağları – Mr Kennedi şirkətinin qızıl ayaqqabı bağlarına sahib olmaq üçün siz 19 min dollar ödəməlisiniz. Narahat olmayın, adresə qədər çatdırıma ödənişə daxildir.

 

Göy pelimeni – Ən bahalı pelimeniləri Nyu-York da yerləşən “Golden Gates” restoranlarında dadmaq olar. Tərkibinə əlavə olaraq fakel balığı və müxtəlif başqa rəngli inqridentlər vurulur ki pelimenilərə mavi-yaşıl görüntü verir. Bənzərsiz dadı olan pelimenilərin 8 ədədi üçün 2400 dollar, 16 ədədi üçün isə 4400 dollar ödəmək lazımdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir