Əfsuslar olsun ki, oğurluq halları hər zaman olduğu kimi indi də çox tez-tez baş verir. Buna görə də insanlar pullarını, dəyərli əşyalarını hara qoymaları barədə çətinlik çəkirlər. “Gencaile.az”-ın “Ailem.az”-a istinadən sizə verəcəyi bu yollarla dəyərli əmanətlərinizi oğrulardan asanlıqla qoruya biləcəksiniz.
İçi boş kitab
Əgər kitablarla dolu bir rəfiniz varsa, bu, işə yarayan bir vasitədir.
Saxta daş
Açarınızı gizləyə biləcəyiniz qaya, ya da daş görünüşlü bu saxlama qablarından əldə edə bilərsiniz.
Saat kassa
Divar saatı görünüşlü kasa ilə dəyərli əşyalarınızı qoruya bilərsiniz. Əgər belə bir kassanız yoxdursa, sahib olduğunuz divar saatının içini açıb tapdığınız boş yerləri dəyərləndirə bilərsiniz.
Havalandırma boşluğu kassa
Polis film və seriallarında tez-tez görülən bir nömrədə havalandırmanı kassa olaraq istifadə etməkdir.
Bayırda olan termometr
Hər hansı bir termometr açarlarınızı gizləyə biləcəyiniz qədər genişdir.
Cips qutusu
Adi bir cips qutusunun içində dəyərli əşya ola biləcəyi heç bir oğrunun ağlına gəlməz.
Qapı şurupu
Taxta qapınız varsa, bu gizli yer işinizə yarayacaq. Xüsusilə taxta qapını oymanız lazım gələcək. Daha sonra metal bir qabı buraya yerləşdirə bilərsiniz. Lazımi anlarda maqnit yardımı ilə bu qabı yerindən çıxara bilərsiniz.