D vitamini çatışmazlığı olan adamlar koronavirusu daha ağır keçirir. Bunu professor Rose Ann Kennin iddia edib. Onun fikrincə, D vitamini əlavələri qəbul edən yaşlı insanların ağ ciyərlərinin zədələnməsi riski 50 faiz aşağı düşür.
Eyni zamanda, doktor Eamon Laird, D vitamini çatışmazlığı olan insanlarda infeksiyaya qarşı immun reaksiyasının xeyli zəif olduğunu qeyd edib. Yaşadıqları ərazidə günəşli günlərin az olduğu halda mütəxəssislər orqanizmdə D vitamininin lazımi səviyyəsini qorumaq üçün mütəmadi olaraq yumurta, qaraciyər, yağlı balıq (somon və ya makaron), dənli bitkilər, süd və bu vitamini ehtiva edən digər məhsullar qəbul etməyi məsləhət görürlər.
D vitamini çatışmazlığı riski altında kilolu, az fiziki fəaliyyət göstərən insanlar, astma və ya xroniki ağciyər xəstəliklərindən əziyyət çəkənlərin olduğu vurğulanır.