banan

Dadlı, faydalı və tez doyuzduran banan

Baxış sayı: 551

Banan çoxlarının sevdiyi meyvədir, əsasən tropik ölkələrdə bitir, kal vaxtı yığılır və daşınma zamanı yetişir. Bananın vətəni Hindistan sayılır və dünyanın bütün tropik regionlarına da oradan yayılıb.

Onun ağ rəngli, yumşaq və dadlı özəyi, sarı qabığı olan növü geniş yayılsa da, çəhrayı, qırmızımtıl, bənövşəyi və qara qabıqlı olanları da var. Həmin növlər zərif olduğuna görə daşınmağa davam gətirmir.

Bananın 300-ə yaxın növü olsa da, istehlak baxımından şirin və nişastalı növlərə ayrılır. Şirin növ çiy halda yeyilir, yetərincə bərk olan nişastalı banan isə tamına görə kartofu xatırladır.

Alimlərin araşdırmasına görə, bananın tərkibindəki kalium elementi ionlaşdırıcı şüalanma yaradır. Lakin bu, bir və ya iki banan yeyilməsi ilə baş verən hal deyil.

Banan kalium mənbəyidir. Mütəxəssislərin hesablamalarına görə, üç bananın tərkibində orqanizmin sutkalıq kalium norması var. Bu isə ürək-damar sisteminin normal fəaliyyətinə şərait yaradır. Məhz buna görə həkimlər hipertoniya və aritmiyadan əziyyət çəkənlərə banan yeməyi məsləhət görürlər.

Bananda liflərin olması mədə-bağırsaq sisteminin fəaliyyəti üçün çox faydalıdır. Yetişmiş bananın kalori dəyəri çox yüksəkdir. Enerji dəyəri çox olduğuna görə gün ərzində tox saxlayır. Şəkərli diabet xəstələri, kökəlməyə meylli olanlar, piylənmədən əziyyət çəkənlərin banandan istifadə etməyi məsləhət görülür.

Gündə bir-iki ədəd banan yemək hipertoniklər üçün də xeyirlidir, belə ki, bu meyvə təzyiqi 10 faizə qədər endirir, insult riskini azaldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir