kabab

Dadlı kabab bişirməyin 9 QAYDASI

Baxış sayı: 2. 233

Dadlı kabab yemək bir həzzdir. Közdə bişmiş pambıq kimi yumşaq və şirəli ət tikələri… Təəssüf ki, kababı hər kəs düzgün bişirə bilmir. Bəzən isə bişirənlərin çoxu əti öncədən sirkə, ketçup və digər ərzaqlarla marinad edir ki, arzuladığı nəticəni əldə etsin.

Ləziz kabab yeməyin mövsümü olmur, amma qızmar yay günlərində bu təamın xüsusi yeri var. Günlər uzanır, gecələr qısalır, demək olar ki, çox zamanımızı təmiz havada keçirdirik. Çoxumuz məzuniyyət üçün şəhərətrafı istirahət güşələrini seçirik. Bağ evlərində cəm olub, ya kabab bişiririr, ya da plov dəmləyirik.

Zövqlərimiz müxtəlif olsa da, köz qoxulu, isti kababdan heç birimiz imtina edə bilmirik.

Odur ki, bu qızmar yay günlərini daha dadlı etmək üçün, ideal kabab hazırlamağın 9 üsulunu təqdim edirik.

1. Ən ləziz kababla qızardılmış ətin dadı bənzəməlidir. Odur ki, ketçup və ya soğan marinadı kababın dadını tamam dəyişə bilər. Əsl kababın tərkibi sadəcə ət, duz və istiotdan ibarət olmalıdır.

2. Əgər marinadsız ətin dadını sevmirsinizsə, bunu ehmalca etmək lazımdır. Soğanı halqavarı doğrayıb, doğranmış tikələrə əlavə edin. Qoyun əti bişirəcəksinizsə, tikələri nanə yarpaqları ilə qarışdırın. Əgər toyuq əti hazırlayırsınızsa, tikələri öncədən kefirlə marinə edin.

3. Kabab üçün ən yaxşı odun yarpaqlı ağac növlərindən olur. Ağcaqayın və palıd ağacı buna ən yaxşı misaldır. İynəyarpaqlı ağacların budaqları isə, kababa acı dad qatır. Ocağın alovunu artırmaq üçün istifadə etdiyiniz, spirt və s. mayelər haqda ümumiyyətlə unudun.

4. Ən tez bişən kabab balıq kababıdır. Quş ətinin kababı isə bu siyahıda ikinci yerdədir. Üçüncü yerdə isə digər ət növləri durur. Əsl kababın əti yaxşıca qızarmalıdır.

5. Manqaldakı kömürlə ət arasında ən az 7 sm (4 barmaq ölçüsündə) məsafə olmalıdır. Manqalın bir tərəfini boş saxlamaq lazımdır ki, artıq bişmiş kabab şişi ora qoyulub, aşağı odda biraz da bişsin.

6. Ət və soğan qarışımını şişə taxıb, manqalda bişirmək isə, heç də yaxşı fikir deyil. Çünki ət soğana nisbətən daha gec bişir və tikələr tam hazır olanda, soğanlar artıq yanmış olur.

7. Yanmağa başlayan kömürü, yalnız duzla söndürmək olar. Çünki sudan fərqli olaraq, duz kömürün üzərinə sıçrayan yağın, bir də yenidən yanma ehtimalını 0-a endirir.

8. Kababı bişirməyə başlamazdan öncə, kömürün üstünə bir neçə rozmarin yarpağı tökün. Ətirli tüstü ətə unudulmaz dad qatacaq.

9. Mağazadan alınmış ketçup, mayonez və digər sousların marinadı bütün zəhmətinizi hədər edə bilər. Kababın ən gözəl vəhdəti dadlı yay tərəvəzləri, çörək, lavaş və ədviyyatlardır.

Ümid edirik ki, tövsyələrimiz işinizə yarayacaq. Hər birinizə unudulmaz, şən və kabab kimi dadlı yay günləri arzu edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir