kofe

Dadlı kofe haqqında 6 qayda

Baxış sayı: 1. 855

Yaxşı kofeni evdə düzəltmək elə də çətin deyil. Kofebişirən, espresso-maşın, “french-press” kimi kofe hazırlayan maşın varsa evdə kafelərdəki kimi ətirli, dadlı kofen hazırdır demək. Dadlı kofe haqqında müxtəlif sirlər var ki, ən vacibləri haqqında bu yazıda tanış ola bilərsiniz.

Sirr 1 – üyütmək

Hazırlanma metodundan asılı olaraq kofeni fərqli şəkildə üyütmək lazımdır. Belə ki, espresso-maşın üçün kofe incə olmalıdır, dəmlənməsi 18-23 saniyə çəkir, “french-press”də isə kofelər böyük olmalıdır və isti suda onlar 4 dəqiqəyə həll olunur.

Sirr 2 – su

Kofe düzəldərkən suya diqqət etmək lazımdır. Onun dadlı alınması üçün su ya filterdən keçmə ya da təbii olmalıdır.

Sirr 3 – nisbət

Su və kofenin nisbəti uyğun olmalıdır. Misal üçün, “french-press” maşında bişən kofedə 10 qram üyüdülmüş kofe üçün hər dəfə 180 ml su lazım olur.

Sirr 4  – suyun istiliyi

Suyun qaynama istiliyi 90 ilə 96 dərəvə arasında olmalıdır. Ki bu da , ideal kofe adı üçün yetərlidir.

Sirr  5 – kofenin təzəliyi

Ləzzətli kofe sadəcə yeni dənələrdən hazırlana bilər. Zəngin dad üçün kofeni ağzı qapaqlı qeyri-şəffaf qabda saxlamalı, paket kofeləri isə 1 həftə bouunca istifadə etməkdə fayda var.

Sirr  6 – qab

Kofeni çox dadlı etmək üçün onu sadəcə “french – press” kofe maşınında bişir. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir