Demək olar ki, bütün ev xanımları kotleti öz bildiyi üsulla hazırlayır. Bu gün biz ən dadlı kotletin sirlərini sizinlə bölüşəcəyik.
1) Yalnız evdə çəkilmiş ət istifadə edin. Yaxşı olarki 2 müxtəlif növ ət qarışdırasınız: məsələn mal və quzu əti.
2) Kotletə yumşaqlıq və xəfiflik vermək üçün ət qiyməsinə xırda doğranmış soğan əlavə edin.Əvvəlcədən soğanı azca qızardıb, soyutmaq arzu olnunandır.
3) Kotleti zərif etmək üçün təcrübəli ev xanımları ət qiyməsinə ağ çörək içi əlavə edirlər. Çörəyi hər hansı bir tərəvəzlərlə əvəz etməyi tövsiyyə edirik. Məsələn:kartof, yerkökü.
4) Təcrübəli evdar xanımlar ət qiyməsinə döyülmüş buz əlavə edir,tez qiyməni yoğurub,kotlet forması verib qızardırlar.Buz əriyən zaman onun yerində boşluq əmələ gəlir.Bu da kotletə əlavə olaraq həcm verir.
5) Kotletin ortasına kərə yağı qoyun, bu da kotletə yumşaqlıq verir.
6) Kotleti ərinmiş kərə yağında və ya bitki yağında bişirərkən öncə yüksək istilik üzərində qızardın. Qabıq əmələ gəldikdə ocağın dərəcəsini azaldın. Kotletləri tez-tez çevirməyin.
7) İstəyə görə kotletləri çalınmış yumurta ağına bulaya bilərsiniz, bu zaman xüsusilə dadlı və yumşaq olacaq.