yemeye ne var

Dadlı meyvə salatını necə hazırlayaq? -“YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 336

Meyvə salatları eyni vaxtda çox miqdarda vitamin istehlak etməkdə faydalıdır. Bu salatın üstünlüyü həm də şirniyyatlardan imtina etməyə kömək edir.

Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” meyvə salatının hazırlanma qaydasını təqdim edirik:

 

Ləvazimatlar

– təxminən 400 qram portağal;
– bir neçə armud;
– 2 şaftalı;
– yarım kilo yemiş;
–  3 ədəd kivi
– 2 xörək qaşığı ağcaqayın siropu (və ya maye bal);
– bir stəkan təbii qatıq.

Meyve salati

Hazırlanma qaydası

Yemişi qabığından ayırıb doğrayın. Şaftalıları dilimləyin. Armudun qabığını və toxumlarını çıxarın və kub şəklində doğrayın. Həmçinin kivini də kub şəklində doğrayın.

Tərkibləri bir qaba qoyun, ağcaqayın şərbətini və qatıq əlavə edin. Budur, dadlı meyvə salatınız hazırdır.

Meyvələr nə qədər şirin və şirəli olarsa, salat üçün bir o qədər yaxşıdır. Unutmayın ki, salatın son keyfiyyəti birbaşa istifadə etdiyiniz məhsullardan asılıdır.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir