Qış aylarında istifadə etdiyiniz balqabaqdan sağlamlığınız üçün faydalı olacaq və ləzzətli balqabaq şorbası hazırlaya bilərsiniz. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə balqabaq şorbasının hazırlanma qaydasını təqdim edirik.
Tərkibindəkilər:
– 2 ədəd toxumları təmizlənmiş balqabaq dilimi
– 2 ədəd kartof
– 2 ədəd kök
– 2 çay qaşıq duz
– Bol istiot
Hazırlanması:
Balqabaq, kök və kartofu xırda-xırda doğrayb tam yumuşalana kimi qaynadın. Yumşaldıqdan sonra hər birini blenderdən keçirin. İçinə 2 ədəd dəfnə yarpağı da atın. Gözəl qoxu verəcək. Ailəniz üçün ləzzətli və xeyirli yemək artıq hazırdır. Duzu bir qədər artıq atmanızı məsləhət görərdik. Nuş olsun!
Məsudə Sultan