Alfa Romeo

Daha bir avtomobil brendi Azərbaycana gəlir

Baxış sayı: 1. 640

Daha bir avtomobil brendi Azərbaycana gəlir. Söhbət İtaliya avtomobil brendi “Alfa Romeo”dan gedir. Fins.az-ın əldə etdiyi məlumatına görə, artıq marka Azərbaycan bazarına da daxil olur. Avtomobillərin satışını İtaliya superkarlarının Azərbaycanda rəsmi idxalçısı  “Avtolux Azerbaijan” şirkəti həyata keçirəcək. Brendin  yanvar ayında təqdimatı gözlənilir. İlkin olaraq “Alfa Romeo”nun biznes sinfinə aid modellərinin satışı planlaşdırılır.

Qeyd edək ki, bununla da “Avtolux Azerbaijan”ın satışı həyata keçirdiyi avtomobil brendlərinin sayı 4-ə çatır. Bundan əvvəl şirkət “Ferrari”, “Lamborghini” və “Aston Martin” superkarlarının rəsmi təmsilçisi idi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir