yash

Daha çox hansı yaşda xoşbəxt oluruq?

Baxış sayı: 1. 538

İngiltərədə “Yale” şirkəti insanların hansı yaşda daha çox xoşbəxt olduqlarını öyrənmək üçün araşdırma aparıb.

Bu məqsədlə şirkət yaşı 40-dan yuxarı olan 2 min insan arasında sorğu keçirib.

Soğru nəticəsində məlum olub ki, insanlar özlərini orta hesabla 34 yaşlarında daha çox xoşbəxt hiss edirlər.

Sorğuda iştirak edənlər bildiriblər ki, məhz 34 yaşında evləniblər, karyeralarında istədikləri mövqeyə çatıblar, maliyyə baxımından sərbəst olublar.

20 yaşlarında özlərini daha çox xoşbəxt hiss edənlər isə qeyd ediblər ki, bu yaşda azad və sosial fəaliyyətlərdə aktiv olurlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir