Mətbəxin gözəl görünməsi və təmizliyi hər zaman arzuolunandır.
Beləliklə, xanımlara mətbəxlərinin səliqəli olması üçün bəzi məsləhətləri təqdim edirik:
Yeməkləri açıq havada saxlamayın
Yemək və tərəvəzləri açıq havada saxlayanda mətbəxinizdə xoşagəlməz qoxu gələcək. Bu halda özünüz haqqında səliqəsiniz xanım fikririni yaradacaqsınız.
Mətbəxin pəncərəsində pərdə olmalıdır
Mətbəxin pəncərəsindən pərdə mütləq asılmalıdır. Çox vaxt mətbəxə uzun yox, qısa və mebel dəstinə uyğun pərdə seçməyiniz məsləhət görülür.
Dibçək
Pəncərənizin önünə dibçəkdə gül və gündəlik istifadə etdiyiniz bitkiləri yerləşdirə bilərsiniz. Bununla da mətbəxinizin interyerində fərqli görünüş yaradacaqsınız.
Fərqli ədviyyat qabları
Ədviyyatları saxlamağın ən yaxşı üsulu kiçik, stolüstü qablardı. Fərqli dizaynda və zövqlə seçilmiş qablar mətbəxinizin gözəl görünməsinə səbəb olacaq kiçik detaldır.
Qab şampunu
Qab şampununu açıq halda mətbəxdə saxlamaq artıq qəbul olunmur. Müxtəlif formada dizayn edilən kiçik qablardan istifadə mətbəxinizə əlavə rəng qatacaq.