Hər kəs kimi dahilərində müəyyən fobiyaları qorxuları olub.Daha çox uşaq yaşlarında yaşadıqları travmalı hadisələr və irsən keçən fobiyalar dahilərdə də özünü nümayiş etdirib. Adlarını tarixə əbədi həkk edən dahilərin fobiyalarını təqdim edirik.
Tanınmış Hollivud rejissoru, qorxu filmlərinin mahir ustası Alfred Hiçkok ovofobiyadan – yumurta qorxusundan əziyyyət çəkirdi. O, yumurtalardan iyrənirdi və ömrü boyu bir dəfə də olsun yumurtanın dadına baxmamışdı. Yumurtanı xatırladan yumru formalı istənilən əşya da Hiçkokun qorxusuna səbəb olurdu.
Psixoanalizin yaradıcısı Ziqmund Freyd isə odlu silahdan və ayıdöşəyi bitkisindən qorxurdu. Onun özü silahdan qorxmasını seksual və emosional baxımdan yetərincə inkişaf etməməsi ilə əlaqələndirirdi. Amma insan psixologiyasının dərin bilisici daha çox qatardan nifrət edirdi. Ona görə heç zaman dəmir yolundan nəqliyyat vasitəsi kimi istifadə etmirdi.
Türkiyə respublikasının qurucusu Mustafa Kamal Atatürk isə məişət əşyalarının dağınıq və səliqəsiz düzülməsindən vahiməyə gələrdi. Hətta prezident olduqdan sonra belə Atatürk prezident sarayında və qonaq olduğu məkanlarda əyri duran əşyaları düzəldərək, səliqə yaradır və yalnız bundan sonra rahatlıq tapırdı.
Tarixin ən məşhur fiziklərindən olan Nikola Tesla isə hermafobiyadan əziyyət çəkib. Mikrobdan ehtiyatlanan alim insanlara və əşyalara toxunmaqdan qaçırdı. O, tez-tez əllərini yuyurdu. Serb mənşəli fizik həm də zinət əşyalarına qarşı dözümsüz idi. Xüsusən mirvari sırğalar Teslanın ən böyük fobiyası idi.
Dünya tarxinin ən məşhur sarışın xanımı, aktrisa Merilin Monro aqorofobiyadan (açıq məkan və insan kütləsindən qorxmaq) əziyyət çəkib. Qəribə səslənsə də, minlərlə pərəstişkarı olan aktrisa alçaq tavanlı, kiçik otaqlardan ibarət mənzillərdə özünə rahatlıq tapırdı.
Fransa imperatoru Napoleon Bonopart isə eyni vaxtda bir neçə fobiyadan əziyyət çəkib. Məsələn, imperator pişiklərdən və ağ atlardan qorxurdu. Onlarla qarşılaşan imperator qısa müddətdə panikaya düşürdü. Bir çox tarixi portretlərdə ağ atın tərkində təsvir edilən imperator real həyatda ağ atlara heç yaxın getmirdi.
Alman şairi İohan Volfqanq fon Höte hündürlükdən dəhşətli dərəcədə qorxurdu. Bu fobiyasına qalib gəlmək üçün şair hər gün Strasburq şəhərindəki Müqəddəs Münster kilsəsinin başına çıxırdı.
ABŞ-ın 37-ci prezidenti Riçard Niksonda nozokomefobiya (xəstəxana qorxusu) əlamətləri var idi. Prezident qorxurdu ki, xəstəxanaya düşdükdən sonra heç zaman oranı tərk edə bilməyəcək. Yalnız həyati təhlükəsi olan zaman prezident xəstəxanaya getməyə könülsüz razılaşırdı.