Rəhbərliyin qəzəbinə səbəb olmaq üçün daim gecikmək kifayətdir. Əgər xoşagəlməz sözlər eşitmək istəmirsiniz isə vaxtında işə gəlin. Aşağıdakı məsləhətlər sizə kömək olacaq.
Yuxu
Tezdən oyanmaq üçün gecələr tez yatmaq lazımdır. Aydındır ki, əksər hallarda bu mümkünsüz olur. Lakin səhər saatı bir saat əvvələ qursaz, orqanizm zamanla tez oyanmağa və təbii ki, tez yatmağa öyrəşəcək, hətta tələb edəcək. Səhərlər saat çalan kimi durmağa çalışın və işə vaxtında gedin. Özünüzdə vərdiş yaradın.
Geyim
Əgər siz qadınlar kimi səhərlər bir saat paltar seçirsiniz isə, yaxşı ola ki, bu hazırlıqları yatmağa getməzdən əvvəl edəsiniz.
Səhər yeməyi
Əgər səhərlər çox yeyirsiniz isə, məsləhətimiz onu axşamdan hazırlamaq və səhərlər yalnız qızdırmanız olacaq.
Kompüter
Kompüter yuxusuzluğun, evdə gecikmənin ən birinci səbəbkarlarındadır. Kompüter vasitəsi ilə yalnız vacib məsələləri həll etməyi öyrənin. Qalan məsələləri işdə həll edin. Facebook və sair sosial şəbəkələrə isə işə gedərkən, yolda smartfonda baxa bilərsiniz