damar

Damar trombozunun əlamətlərinə laqeyd yanaşmayın!

Baxış sayı: 322

Çox vaxt qan laxtalanması yaxşı bir şeydir. Yaralandığınız zaman qanaxmanı dayandırmağa kömək etmək üçün qanınızın bərkiməsi və yerində yığılması lazımdır. Lakin bəzən laxtalanmalar zərərlidir və bu, xüsusilə də əzələlərin yaxınlığında dərin damarlarda əmələ gəlirsə, problem yarada bilər.

“Daha dərin sistemdə qan laxtaları əmələ gəldikdə, ağrılı və çox təhlükəli ola bilər”, – Nyu-York Damar Müalicə Mərkəzinin qurucusu Luis Navarro bildirib. Bu cür laxtalanma dərin damar trombozu adlanır. Onlar sanki yol üzərindəki maneələrə bənzəyirlər, qan dövranında “tıxaclara” səbəb olur və orqanizm sistemini işlək vəziyyətdə saxlayan qan axınının qarşısını alır.

Dərin damar trombozu yerindən qopub ağciyərlərinizə keçərsə, işlər daha da ciddiləşə bilər. Sonra ağciyər emboliyasına çevrilir, bu həyati orqanların ehtiyac duyduqları oksigen və qanı almasına mane olur. Belə hallar ağciyərlərinizə və digər orqanlarınıza zərər verə bilər və hətta ölümcül ola bilər.

“Bəzi insanlar digərlərinə nisbətən dərin damar trombozuna daha çox meyillidirlər, buna görə də hər hansı risk faktoru üzərində dayanmağa dəyər. Bundan əlavə, qan laxtasının simptomlarını tanımaq vacibdir, çünki onlar çox vaxt minimal ola bilər və ya diqqətdən kənarda qala bilər. Ancaq təcili müalicə almaq vacibdir”, -Navarro qeyd edib. O, bildirib ki, qan laxtalanmasının xəbərdarlıq əlamətlərinə mütləq diqqət yetirmək lazımdır.

 

Bir əzada şişkinlik

Şişmiş ayaq və ya qol damar trombozunun ən çox görülən əlamətlərindən biridir. “Qan laxtaları ayaqlardakı sağlam qan axınına mane ola bilər və qan laxtanın arxasında yığılaraq şişməyə səbəb ola bilər.

Uçuş zamanı və ya hərəkətsizlik zamanı ayaqlarda şişmə varsa, ayaqların şişməsinə göz yummaq normaldır. Ancaq şişmiş əzanız bir anda və səbəbsiz ortaya çıxarsa, xüsusən də ağrı ilə özünü göstərirsə, diqqətli olun.

Ayaq və ya qol ağrısı

Adətən, tromboz ağrısı şişlik və ya qızartı kimi digər simptomlarla birləşir, lakin bəzən tək də meydana çıxa bilər.

“Təəssüf ki, qan laxtalanmasından yaranan ağrı asanlıqla əzələ krampı və ya gərginliyi ilə səhv salına bilər, buna görə də tez-tez düzgün diaqnoz qoyulmur və bu, xüsusilə təhlükəlidir”, -deyə doktor Navarro vurğulayıb.

Dəridə qızartı

Bir qançırın qan laxtalanmasının bir növü olduğu doğru olsa da, narahat olmağa gərək yoxdur. Damar trombu təsirlənmiş əzada qızartıya səbəb olur və qolunuza və ya ayağınıza toxunduqda sanki istilik hiss edirsiniz.

Nəfəs darlığı

Ağciyərdə bir qan laxtası oksigen axınını yavaşladır və bu, sizi yorğun hiss etdirə bilər. “Pilləkənləri qalxmaqda çətinlik çəkə bilərsiniz. Özünüzü pis hiss edə bilərsiniz. Bu, qəfil baş verərsə, mütləq kömək alın.

Səbəbsiz öskürək

Əgər sizdə nəfəs darlığı, sürətli ürək döyüntüsü və ya sinə ağrısı varsa, bu, tromb ola bilər. Öskürək bu zaman quru olur. Lakin bəzən selik və ya qanlı da ola bilər.

Çırpınan ürək

Oksigen az olduqda çatışmazlığı doldurmağa çalışmaq üçün ürək döyüntüsü yüksəlir. Sinənizdə çırpınma hiss etmək və dərin nəfəs almaqda çətinlik çəkmək vücudunuzun ağciyərlərinizdə gizlənən tromb olduğuna dair SOS göndərməsi ola bilər.

Əgər laxta daha böyükdürsə, bu, qanda oksigen miqdarının azalmasına və hətta qan axınındakı dəyişikliklərə səbəb ola bilər ki, bu da ürək döyüntüsünün kompensasiyaedici artımına səbəb olur.

Halsızlıq hissi

Halsızlıq ağciyərlərdən qismən ayrılan kimyəvi maddə, qan təzyiqi və ürək döyüntüsünün dəyişməsi ilə əlaqədardır. Beyin oksigendəki dəyişikliklərə və qan axınındakı dəyişikliklərə həssas olur. Halsızlıq qan laxtasının həddindən artıq ümumi simptomu olmasa da, kifayət qədər baş verir.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir