aile

Danışdığınız adam sizi eşitmirsə, əllərinə diqqət edin

Baxış sayı: 447

Bəzən bir insanla nəsə danışırsan və birdən məlum olur ki, o, qulaq asmır, ya da sizi dinləsə də, ancaq özünə məxsus bir şey haqqında düşünür. Belə hallarda nə özünün, nə də başqasının vaxtını itirməyə ehtiyac yoxdur.

“Gencaile.az” saytı  xarici KİV-ə istinadən xəbər verir ki, səhv etməmək üçün həmsöhbətinizin əllərinə diqqət yetirin.

 

Narahat barmaqla

Həmsöhbət davamlı olaraq paltarının ətəyi, saçları ilə oynayır, ovuclarını ovuşdurur və əlləri üçün yer axtarırsa, deməli tələsdiyi, narahat olduğu məqam var. Yəqin ki, nəsə adamı narahat edir, ya da özünə güvənmir.

 

Əllər sinə üzərində

Bu poza özündən uzaq, geri çəkilmiş və ümumiyyətlə heç bir danışıqlara hazır olmayan bir insanı xarakterizə edir. Həmsöhbət eyni zamanda baş barmağını yuxarı qaldırıbsa, o, açıq şəkildə dominantdır.

aile

Amma sinə üzərində çarpazlaşdırılmış qolların başqa bir izahı var.

Ola bilsin ki, həmkarınız zehni olaraq başqa yerdədir və başqa məsələ ilə “orada” məşğuldur, lakin o, yalnız sizə cavab olaraq razılaşır və başını yelləyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir