Qonaq otağı dekorasiyasında yumşaq və romantik bir hava yaratmaq üçün işıqlandırma olaraq abajurlardan faydalana bilərsiniz.
Dekorasiyada işıqlandırma ən mühüm məsələlərdən biridir. Evin işiqlandırılmasında daha çox təbii işıqdan istifadə etməyə çalışın.
Sadəcə işıqlandırma vasitəsi deyil, möhtəşəm ev aksessuarı, sənət əsəri olan abajurlar evə xüsusi estetik görünüş və yumşaqlıq bəxş edir. Modern, ya klassik fərq etməz, bu abajurları evinizin hər otağında istifadə edə bilərsiniz. Kiçik, ya böyük, ayaqlı, ya masa üstü abajurları evinizin dekorasiyasında istifadə etməyi unutmayın. Abajurlarla evinizə fərqli şıqlıq qatacaqsınız.