Dərman qəbul edənlər bu qidaları yeməsin – SİYAHI

Baxış sayı: 1. 816

Dərman qəbulu zamanı yeyilən qidalar dərmanların müalicəvi təsirini azalda da bilər, artıra da. Hətta dərmanların faydalarını gözləyərkən ciddi şəkildə əks təsirləri də yaşana bilər. “Gencaile.az” Aile.lent.az-a istinadən dərman qəbulu zamanı yeməməli olduğunuz qidaları təqdim edir.

Qreypfrut suyu. Bu meyvənin özünün deyil, suyunun çox miqdarda qəbulu (gündə 1 litrdən çox) xüsusən “statin” qrup xolesterol dərmanlarının bəzilərinin bağırsaqlarda parçalanmasını gecikdirərək, qan səviyyəsini artırır. Bu da sümük ağrıları, tutulmalar, sümük əriməsi kimi əks təsirlərin yaşanmasına səbəb olur.

Kalsium “antaqonist” qrup dərmanlarının təsirini artırır, bu da ilk olaraq təzyiqin aşağı düşmə riskini yaradır. Həm də qəbzlik, ürək döyüntülərində yavaşlamaya səbəb olur. Kişilərdə sərtləşmə problemi üçün qəbul etdikləri dərmanların təsirini artırdığına görə təzyiqin enməsi, görmə zəifliyi kimi şikayətlərə yol açır.

Esterogen tərkibli doğuş həblərinin əks təsirlərini artıra bilir. Bəzi antidepressant, psixiatrik, ürək ritm, xərçəng dərmanlarının faydalarına da təsir edə bilər.

Kafein. Qəhvə, çay, kola, enerji içkiləri soyuqdəymə dərmanları ilə birgə içilərsə, əsəbilik, yuxusuzluq, ürək döyüntüsü, ürək ritm pozğunluğu, təzyiq yüksəkliyi, qəbzlik, sidik artımı yarada bilər. Bəzi nəfəs açan bronxit dərmanların yan təsirlərini artıraraq ritm pozğunluğu yarada bilər.

“Ciprofloksasin” adlı anbtibiotik, doğum həbləri və kortizon da kafeinin parçalanmasını gecikdirərək, qan səviyyəsinin artmasına səbəb olur.

Süd və süd məhsulları, kalsium tərkibli qidalar qidalar “Florokinolon” və “Tetraskilin” qrup antibiotiklər, “sefuroksim” adlı antibiotik, “bifosfonat” qrup sümük əriməsi əleyhinə dərmanlar, “metotreksat” adlı revmatizm dərmanlarından 2 saat əvvəl və ya 6 saat sonra yeyilməlidir, yoxsa həzm pozulur. Qansızlıq üçün qəbul edilən dəmir ilə süd və süd məhsulları, bəhməz, susam, fındıq, fıstıq, qurudulmuş meyvələr, quru paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər eyni anda istifadə edilməməlidir. Dəmir həzmi pozulmasın deyə ən az 2 saat sonra bu qidalar yeyilməlidir.

Proteinlə zəngin qidalar. “Propranolol” adlı betabloker qrup dərmanın nəfəs darlığı, təzyiq, nəbz düşməsi kimi təsirlərini artırır. Parkinson dərmanı “carbidopa”, “levodopa” və astma dərmanı teofilinin təsirini azaldır.

Bol lifli qidalar. Xolesterolu aşağı salmaq üçün yeyilən yulaf, kəpəkli çörək kimi qidalar şəkər dərmanı “metformin”, guatr dərmanı “levotiroksin”, pensilin, ürək dərmanı “digoxin” kimi dərmanların həzmini pozaraq təsirlərini azaldır.

C vitaminii dəmir həzmini asanlaşdırır. C vitamini ilə bərabər kalsiumla zəngin süd və süd məhsulları yeyilərsə, öz həzmi pozular, ona görə ac ikən qəbulu tövsiyə edilir. Bəzi allergiya dərmanları ilə birgə qəbul edilərsə, təsirlərini azalda bilər.

Tiramin tərkibli qidalar. Köhnəlmiş pendir, kolbasa, sosiska, əncir, kələm turşusu, paxla, lobya şorbası, toyuq, ya da dana ciyəri, şərab, tiramin proteini ilə zəngin qidalar bəzi antidepressantların yan təsirini çox artırır, ürək ritm pozuntusu, təzyiq yüksəkliyi, baş ağrısı, qusma, tərləmə, qızdırma, hətta ölümə də səbəb ola bilər.

Spritli içki, mədəni qıcıqlandıra bilən C vitamin tərkibli asitli qidalarla, “metronidazole”, “tinidazote”, “trimethoprim sulfamethoxazole” kimi antibotiklərlə qəbul edilməməlidir.

İstilik basma, baş ağrısı, ürək bulanma, qusma, ürək döyüntüsü yarada bilər. Bir çox sümük gəvşədən antidepressant, yuxu və allergiya dərmanlarının yan təsirlərini artırır.

Tünd yaşıl yarpaqlı tərəvəzlər. Qan sulandırıcı “warfarin” (coumadin) adlı dərmanın təsirini bu qidalardakı K vitamini blok etdiyindən gündəlik qəbul miqdarı hər gün eyni olmalıdır. Əks təqdirdə qan çox sulanır, ya da laxtalanmaya meyl göstərir.

Potasium tərkibli qidalar. Bəzi təzyiq dərmanları və sidikqovucu istifadə edənlərdə kartof, banan, ərik, portağal suyu kimi potasiumla zəngin olan qidaların azaldılmaması ölümcül təsir yarada bilər

Unutmayın, yerində istifadə edildiyində həyat qurtaran dərmanlar yanlış qidalarla qəbul edilərsə, ölümə qədər də götürə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir