Diaqnoz qoyan qələm

Baxış sayı: 1. 504

Dünyada milyonlarla insan altshaymer və ya parkinson xəstəliklərindən əziyyət çəkir. Bəzi alimlər bu xəstəliklərin dərmanını tapmağa çalışdığı halda, başqaları bu kimi xəstəliklərin sindromları üzrə erkən diaqnoz qoymaq üsulu yaratmağa çalışırlar. Massaçusets Texnologiya İnstitutunun süni intellekt (CSAİL) sahəsində elm və tədqiqatlar laboratoriyasının əməkdaşları isə bunun üçün xüsusi rəqəmli qələmdən istifadəni təklif ediblər. Bu qələm ondan istifadə edən şəxsin sinir sistemində bu və ya digər xəstəliyin sindromlarını tez və yüksək dəqiqliklə aşkar edəcək. Belə həll kimi artıq bazarda mövcud olan “Anoto Live Pen” qələmindən istifadə edilib.

“Anoto Live Pen” qələminə yazan ucluğun və kağız vərəqin vəziyyətini saniyədə 80 kadr tezliklə izləyən xüsusi videokamera quraşdırılıb. Qələm üçün xüsusi hazırlanmış proqram təminatı insanın beyni və mərkəzi sinir sistemində bir neçə ciddi xəstəliyin erkən sindromları üzrə ən kiçik əlamətləri izləməyə imkan verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir