DIL

Dildəki ərp nədən xəbər verir?

Baxış sayı: 489

Terapevt, immunoloq İrina Yarçeva dildəki ərpin bir çox problemlərdən xəbər verdiyini bildirib.

Həkim bu barədə “Komsomolskaya Pravda” radiosuna danışıb. Mütəxəssisin fikrincə, dildəki ərpin rəngi soyuqdəymə, həmçinin qaraciyər və öd kisəsi ilə bağlı problemlərdən xəbər verə bilər. Xüsusilə həkim ağ ərpin SARS zamanı meydana gəldiyini, sarı rəngin isə qaraciyər və öd kisəsi ilə bağlı problemləri göstərdiyini qeyd edib.

“Mədə-bağırsaq traktının xəstəliklərində dil müxtəlif rəngdə ola bilər – səbəbdən asılı olaraq ağ, sarı, qəhvəyi, qara. Adətən göbələk xəstəlikləri yemək borusundakı yaralarla bağlıdırsa, dildə qara rəng xarakterizə olunur”, – Yarçeva yekunda bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir