Hiperaktivlik öyrənmə problemi deyil, davranış problemidir. Hiperaktiv uşaqlar normaldan daha çox hərəkətlidirlər, düşünmədən davranırlar və diqqətini bir neçə dəqiqədən çox fokuslaya bilmirlər (marağını cəlb etməyən mövzulara). Hiperaktiv məktəb yaşındakı uşaqların 3-5%-də görülən və qız uşaqlarına müqayisədə oğlanlarda daha çox rast gəlinən problemdir. Bu problem həm ailə üçün, həm də uşağın özü üçün böyük stress qaynağıdır. Hiperaktiv uşaqlar davranışlarının diqqət dağıdıcı və rahatsız edici olduğunun fərqindədirlər, amma əllərindən heç nə gəlmir. Ana və ataların bu mövzuda anlayışlı olması və övladlarına sevgi göstərib onlara dəstək olması mütləqdir.
- Uşaqda hiperaktivlik ön plandadısa, yerində dura bilmir, oturması gərəkən yerlərdə istəsə də otura bilmir, yerli-yersiz qaçıb hərəkət edir, yüksəklərə dırmaşır, çox danışır, səssiz və sakit oyun oynaqmada çətinlik çəkir, növbəsini gözləyə bilmir, söhbətə müdaxilə edir, məğlubiyyəti qəbullanmaqda çətinlik çəkir.
- Uşaqda diqqət əskikliyi ön plandadısa, diqqətini bir işə və ya oyuna verməkdə çətinlik çəkir, təlimatları sona qədər izləyə bilmir, məktəb ləvazimatlarını tez- tez itirir, verilən dərs tapşırığını yadında saxlaya bilmir, söhbəti başdan-sona qədər dinləməkdə çətinlik çəkir, düzənsiz görünür, detalları diqqətdən qaçırır, uzunmüddətli zehni bacarıq tələb edən işləri görə bilmir, hafizəsi zəifdir, marağı davamsızdır.
Hiperaktivliyin səbəbləri
Səbəb tam olaraq bilinmir. Əgər ata və anadan birində və ya hər ikisində hiperaktivlik varsa, uşaqlarında da rastgəlmə tezliyi yüksək olacaqdır. Beyin toxumasındaki doğuş əsnasında və ya sonradan yaranan zədələnmələr, alınan travmalar da səbəb ola bilər.
Müalicəsi
Aradan qaldıran dəqiq müalicə üsulu yoxdur. Lakin hiperaktivlik və diqqətsizlik əlamətlərini azaldacaq bəzi yöntəmlər vardır.
Dərman müalicəsi
Bəzi dərmanların köməkliyi ilə hərəkətliliyi azaldıb, diqqət müddətini uzatmaq mümkündür. Uşaq bu dərmanları içdiyi müddətdə daha sakit və diqqətli olur. Amma bəzi yanaşmalara görə bu dərmanlar ciddi şəkildə əks təsirlər verə bilər . Məsələn, baş ağrısı, yuxusuzluq, iştah əksikliyi və s.
Uşaq tək tibbi müalicə almamalıdır. Ana və atanın uşağa yanaşması ilə bağlı təlimlər alması mütləqdir. Uşağın özünü kontrol edə bilməsi, duyğularını ifadə edə bilməsi üçün psixoloji və pedaqoji terapiyalar almalıdır.
Psixoloq Aysu Əliyeva
Çox faydalı yazı idi , təşəkkürlər
Uğurlar arzulayıram