teyyare

DİQQƏT! Təyyarə ilə uçuş zamanı bunlara əməl edin!

Baxış sayı: 1. 701

Hava nəqliyyatı rahat olmaqla yanaşı sağlamlıqla bağlı bəzi riskləri də bərabərində gətirə bilər.

Xüsusilə də təyyarənin qalxması və enməsi zamanı qulaqlarda hiss edilən ağrı bəzən səfər zamanı, bəzən səfərdən sonra belə, şikayətlərin davam etməsinə yol aça bilər. Qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssis, dr. Kemal Demir təyyarə səfərləri əsnasında tətbiq ediləcək bir neçə kiçik üsulla daha rahat şəkildə səyahət edilə biləcəyini qeyd edir. Beləliklə,”Gencaile.az” səyahət zamanı diqqət edilməsi vacib olan məqamları sadalayır

 

Ən çox qulaqlar təsirə məruz qalır

Gündəlik həyatda hiss edilən açıq hava təzyiqi ilə hündürlüyə qalxdıqda hiss edilən təzyiq arasında böyük fərq var. Təyyarə səfərlərində yüksək nöqtələrə olduqca sürətli bir qalxma gerçəkləşdiyi üçün bədən bu təzyiq fərqinə uyğunlaşmaqda çətinlik çəkə bilər. Yaşanan təzyiq fərqi bədənin fərqli bölgələrində hiss edilməklə yanaşı ən bariz şəkildə qulaqlarda ortaya çıxır. Orta qulaq tunellə burun boşluğuna açılır və qulaq pərdəsinin xarici tərəfindəki təzyiqlə daxilindəki təzyiqi tarazlaşmağa çalışır. Təyyarə səyahətlərində əsasən qulaq daxilindəki təzyiq aşağı olur və qulaq pərdəsi içəriyə doğru paraşüt kimi çökə bilir. Qulaq pərdəsindəki itələnmə-çəkilmə artıq olduğu zaman tıxanıqlıq hissi ilə yanaşı ağrı da hiss edilə bilir.

 

Ağrısız uçuş üçün…

Təyyarə səyahətlərində mövcud yüksəklik, enmə və qalxma sürəti ilə kabinədəki təzyiqi tarazlayan cihazların düzgün işləməsi də hiss edilən təzyiq baxımından önəmlidir. Eyni zamanda səyahət edən insanın sağlamlığı da hiss edilən təzyiq baxımından önəmli faktordur. Qrip, soyuqdəymə, sinüsit, tənəffüs yolu infeksiyaları kimi səbəblərdən burun tıxanıqdırsa, təzyiq və ağrı daha çox hiss edilir. Qulaqda hiss edilən ağrı və təzyiq bilinənin əksinə olaraq, burnun lazımi qaydada funksiyasını yerinə yetirə bilməməsindən qaynaqlanır. Burun düzgün nəfəs ala bilmədiyi hallarda burun və orta qulaq boşluğuna yetərli hava daxil ola bilmir, hava azlığı səbəbilə də təzyiq dəyişikliyinə uyğunlaşmaq daha gec baş verir.

 

Lazım gələrsə, səyahətinizi təxirə salın

Qulaq-burun-boğaz xəstəliklərinə meylli olan insanların təyyarə səyahətlərində daha diqqətli olmaları məsləhət görülür. Səyahətə çıxılacaq günlər ərzində burun tıxanıqlığı, üst tənəffüs yolları infeksiyaları, səs qısıqlığı, boğaz ağrısı kimi şikayətləri olan insanların həkimə müraciət etməsi, lazın gələrsə, səyahətini təxirə salması faydalı olar. Səyahətdən əvvəl əlamətlər şiddətli olmasa bel,ə hiss edilən ağrılar səbəbilə səfər olduqca narahat keçə bilər.

 

Su içməyə diqqət edin

Orta qulaq sisteminə hava axınını təmin edən üzvlər udqunma hərəkəti ilə qidalanır. Xüsusilə də qalxma və enmə əsnasında kiçik udumlarla su və ya ilıq maye qəbul etmək udqunmaq hərəkətini təmin edər.

 

Saqqız faydalıdır, lakin…

Qulaqlardakı tıxanıqlıq hissindən yaranan ağrını azaltmaq üçün udqunma ilə birlikdə çənə hərəkətlərinin də aktivləşməsini təmin edən saqqız çeynənilməsi faydalı olur. Saqqız çeynəmək ağrının və tıxanıqlıq hissinin aradan qaldırılmasında nə qədər faydalıdırsa, saqqızı şar şəklində şişirtmək də eyni dərəcədə təhlükəli ola bilər. Bu səbəblə də saqqız çeynəməklə əldə edilən fayda şişirtməklə zərərə çevrilə bilər.

 

“Valsalva manevri”nə diqqət!

Ağzın və burnun qapadılıb qulaqlara hava təzyiqi göndərilməsi kimi bilinən “Valsalva manevri”ndən son çarə kimi istifadə olunur. Bu hərəkəti düzgün edə bilmək böyük əhəmiyyət kəsb edir. Yanlış edilərsə, arzu olunmayan nəticələrə gətirib çıxara bilər.

 

Uçan zaman körpənizi əmizdirin

Körpələrin təyyarə səyahətləri zamanı daim ağlamalarına səbəb də bu kimi hallardır. Əgər körpə ana südü ilə qidalanırsa, onu əmizdirmək çox faydalı olar. Bir az böyük uşaqlar isə yetkinlərin istifadə etdiyi su içmək və saqqız çeynəmək kimi üsullardan faydalana bilərlər.

 

Ağrılarınız keçmirsə…

Təyyarə səyahəti bitdikdən sonra hiss edilən ağrılar əsasən bir neçə saat ərzində başa çatır. 10-12 saat ərzində keçməyən ağrıları gözardı etməmək lazımdır. Bu kimi hallarda burun-qulaq-boğaz həkiminə müraciət edilməsi tövsiyə olunur. Təyyarə səyahətlərində meydana gələn tıxanıqlıqlar və ağrılar tez-tez olmamaqla yanaşı daimi narahatlıqlara da səbəb ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir