DİQQƏT! Bu dərmanlar sonsuzluğa səbəb olur

Baxış sayı: 1. 584

Ağrıkəsicilərdən istifadə qadınlarda yumurtlama pozğunluğuna yol açaraq hamilə qalma şansını azaldır.

Yeni araşdırmalar zamanı ağrıkəsici istifadəsinin qadınlarda doğum məhsuldarlığını azaltdığı ortaya çıxıb.

Ağrıkəsicilər dünyada ən çox istifadə edilən dərmanlardır. Hər gün 30 milyondan çox insan tərəfindən qəbul edilir. Reseptsiz də alınan ağrıkəsicilər ağrı, iltihab, qızdırma kimi geniş yayılmış əzələ, oynaq ağrılarının müalicəsində tətbiq olunur. Ancaq aparılan müşahidələr zamanı ağrıkəsicilərin qadınlarda ovulyasiyanı (ovulyasiya əsasən menstruasiya prosesinin 10-19-cu günləri arasında baş verir. Ovulyasiya prosesi dövründə yumurtalar uşaqlıq borusuna düşərək burada sperma ilə mayalanır) çox azaltdığı görülüb.

Ağrıkəsici istifadə edən qadınlarda ovulyasiya üçün lazımlı olan progesteron hormonunda da azalma müşahidə olunur.

Qısa müddət istifadə edilsə belə, qadının uşaq doğma bacarığına çox mənfi təsir edir. Buna görə ağrıkəsicilərin həkim nəzarəti ilə qəbulu tövsiyə edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir