Qocalmaq, qarşısı alınması mümkün olmayan hadisədir. Ancaq vacib olan sağlam şəkildə və vaxtı gəlincə qocalmaqdır. Nədənsə bəzi insanlar yaş baxımından gənc olsalar da, ruhən tez yaşlanır, bəziləri isə tam əksinə, qoca olsalar da, özlərini ruhən gənc kimi hiss edirlər.
İllər ötdükcə beyin və ürək başda olmaqla orqanlarımızda dəyişikliklər baş verməyə başlayır. Sağlam qidalanmaq, stressdən uzaq durmaq, müntəzəm idman etmək, spirtli içki, siqaretdən uzaqlaşmaq qocalmağı gecikdirir.
“Gencaile.az” Aile.lent.az-a istinadən qocaldıqca bədənimizdə yaşanan dəyişiklikləri təqdim edir.
30 yaşından sonra beyin hüceyrələri ölməyə başlayır. Beyin toxumasında kiçilmə baş verir. 50 yaşına kimi davam edən bu proses zamanı beyin ağırlığı hər 10 ildən bir yüzdə 2 nisbətində azalır. Yeni məlumatlar öyrənmək çətinləşir, köhnə xatirələrsə beyində yerini daha da möhkəmləndirir.
Beyin yaşlanmasını gecikdirmək üçün həftədə iki dəfə balıq yeyin. Spirtli içki, siqaretdən uzaq durun, krasvord həll edin.
40 yaşından etibarən ürəyimiz də yaşlanır. Ürək böyüyür və dəqiqə boyunca topladığı qan miqdarında azalma olur. Səthi damarlar da görünməyə başlayır. Ürək sağlamlığını qorumaq üçün siqareti mütləq tərgidin. Yağ qəbulunu azaldın. Potasiumla zəngin banan, ərik, kartof kimi qidalarla qidalanın. İdman edin. Bol miqdarda sarımsaq da yeyə bilərsiz.
40 yaşından sonra göz mərcəyinin sərtliyi artır. Yaxın uzaqlaşır. 50 sm-dən yaxını görmək çətinləşir.
Normal göz 40 yaşında +1, 50 yaşında +2 , 60 yaşında +3 nömrəli yaxın görmə üçün eynəyə ehtiyac duyur. Unutmayın, dünyada görüləcək çox şeylər var! Buna görə eynək taxmaqdan imtina etməyin. C və E vitaminləri, sink qəbulunu artırın. Tez-tez göz müayinəsinə gedin.
30 yaşından etibarən qocalıqla əlaqələndirilən eşitmə itkisi yaşanır. Qulağa gedən qanı daşıyan damarlar vəzifəsini tam olaraq yerinə yetirmir. Eşitmə siniri də qocalır. Xarici qulaq kanalındakı mayenin artması qulaq kirinin çoxalmasına səbəb olur. Çox yüksək səslə musiqi dinləməyin.
Sümüklər bədənin əhəmiyyətli orqanı olsa da, menopauzadan sonra qadınlarda D vitamini azalır. Nəticədə sümük əriməsi yaşanır. Bunun üçün günəş şüalarından faydalanın. Ancaq saat 11:00 -16:00 arası günəş şüalarına məruz qalmamağa çalışın.