DİQQƏT! Rəngli alt paltarı alarkən…

Baxış sayı: 1. 496

Keyfiyyətsiz alt paltarı geyinmək, bu paltarların boyanmasında istifadə edilən kimyəvi məhsullar dəri xərçənginə səbəb olur. Mütəxəssislər bununla bağlı xəbərdarlıq edir.

Aile.lent.az-ın məlumatına görə, tekstil sənayəsində çox istifadə edilən “azo boyalar” adlanan maddələrin insan sağlamlığı üçün risk daşıdığını deyən mütəxəssislər hər kəsi rəngli geyimlər alarkən diqqətli olmağa çağırır.

Belə ki, tərləyən zaman dəriylə təmas edən geyimlərin boyaları bədən tərəfindən əmilir, bu da zamanla dəri xərçənginə zəmin hazırlayır.

Əlbəttə ki, geyim boya olmadan cazibədar olmaz. Ancaq boyanın keyfiyyətli olması, yuyularkən axmaması, günəşlə təmas edərkən solmaması lazımdır. Xüsusən də sabun və yuyucu toz əlavə edildiyində geyimin boyası daha çox çıxır. Bu hallar əsasən keyfiyyətsiz geyimlərdə olur. Alt paltarlarının boyalı olması isə sağlamlıq üçün daha təhlükəli hesab edilir. Geyimlərin boyanmasında istifadə edilən azo boyaların tərlə birlikdə dəriyə təmas etməsi qaşınma və zamanla yaraların yaranmasına səbəb olur.

Xərçəng yaradan bu boyalar dərhal öldürmür, zamanla yaralara yol açır.

Bəs corab alarkən nələrə diqqət etmək lazımdır?

Mütəxəssislər deyir ki, alınan corabları geyinmədən əvvəl yuyumaq vacibdir. Ayaqlar çox tərlədiyi üçün rəngli corablar tərlə təmasda olur və dəridə qaşınmalara yol açır. Çoxları barmaq aralarını qaşımağa başlayır və bunun göbələk olduğunu zənn edir. Əslində isə  sizi xərçəngə aparan müddət başlayır.

Geyim alarkən onun keyfiyyətini yoxlamaq üçün nəm dəsmalı geyimə sürtün. Bu yolla onun boyasının çıxıb çıxmadığını yoxlaya bilərsiz.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir