gobelek

Dırnaq göbələyindən necə xilas olmaq olar?

Baxış sayı: 1. 639

Evdə hazırlayacağınız qarışıqla ayaq göbələyindən xilas olun!

Ayaq dırnağı göbələyi,  məşhur bir problem olub tərli corabların uzun müddət geyilməsi, başqa birinin ayaqqabısının geyilməsi  və hovuz ya da idman salonu kimi xalqa açıq yerlərdə çılpaq ayaqla gedilməsi  kimi səbəblərdən yaranır.

Ayaq dırnağında ortaya çıxan göbələklərdə müxtəlif simptomlar görülə bilər: Ayaq dırnağı rənginin dəyişməsi, dırnaqdan yayılan pis qoxu və ayaq dırnağının sərtləşməsi. Bu göbələyin mümkün olan ən qısa zamanda müalicə edilməsi məcburidir. Zərərli kimyəvilər istifadə etmədən dırnaq göbələyini öldürmənizi köməkçi olacaq bu sadə və evdə hazırlana bilən üsula bir göz atın.

Ehtiyacınız olan vəsaitlər

• 3 stəkan antiseptik su

• Geniş bir ləyən

• 3  stəkan alma sirkəsi

• təmiz dəsmal

• Çayçiçəyi yağı

• Kəklikotu yağı

• Zeytun yağı

• Təxminən 160 qramlıq şüşə

• Diş fırçası

1. mərhələ. 3 su stəkanı antiseptik suyu və 3 su stəkanı alma sirkəsini genişbir ləyənə boşaldın.

2. mərhələ: Dırnaq göbələyi olan ayağınızı ləyənə salıb 30 dəqiqə gözlədin.

3. mərhələ: Ayağınızı ləyəndə çıxarın və təmiz bir dəsmalla yaxşıca qurulayın.

4. mərhələ: 160 qramlıq qaba çay çiçəyi yağı, kəklikotu yağı və zeytun yağı əlavə edin.

5. mərhələ: Şüşəni yelləyərək içərisindəki materialların qarışmasını təmin edin. Alınan məhlulu ayaq dırnaqlarınıza və qaşınan ərazilərə vurun.

6. mərhələ: Uyguladığınız yağ qarışığını dırnaqlarda ən az 15 dəqiqə gözlədin.

7. mərhələ: Bir diş fırçası köməyiylə yağ qarışığını dırnaqlarınıza yüngülcə ovalayın.

Göbələkdən tamamilə xilas olana qədər bu əməliyyatı gündə ən az bir dəfə təkrarlayın.

• Bu müalicə üsulu, ayaq dırnaqlarınızın yanında əlinizdəki dırnaqlara da tətbiq oluna bilər.

• Əgər bu metodun tətbiqindən  5 ya da 7 gün sonra nəticəsi olmasa, o zaman həkimə müraciət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir