Dişlərinizi fırçaladığınız zaman fırçada qan izləri görürsünüzsə və ya sərt qida çeynəyəndə diş ətiniz qanayırsa, bu heç də “adi hal” deyil. Bu əlamət, diş ətlərinizdə iltihab və ya daha dərin parodont problemlərinin başladığını göstərir. Erkən müdaxilə etməklə həm sağlamlığınızı, həm də dişlərinizi qorumaq mümkündür.
Qanamanın əsas səbəbləri:
* Ağız gigiyenasının zəif olması
Daimi təmizlənməyən dişlərdə yığılan lövhə (plaq) və diş daşları diş ətini qıcıqlandıraraq iltihab yaradır. Nəticədə diş ətləri şişir və qanayır.
* Parodontit və ya diş əti xəstəlikləri
Müalicə olunmayan iltihab zamanla sümük toxumasına keçərək dişlərin boşalmasına və sallanmasına səbəb ola bilər.
* Vitamin çatışmazlığı (xüsusilə C və K vitaminləri)
Orqanizmdə bu vitaminlərin az olması toxumaların regenerasiyasını zəiflədir və qanamanı artırır.
* Hormon dəyişiklikləri
Hamiləlik dövründə, ergenlikdə və bəzi dərmanların qəbulu zamanı hormonal təsir nəticəsində diş ətləri daha həssas olur.
* Yanlış diş fırçalama texnikası və sərt fırçalar
Çox sərt fırçalama əksinə, diş ətlərinə zərər verə bilər.
Həll yolları:
* Düzgün və müntəzəm ağız gigiyenası
Gündə ən azı 2 dəfə yumşaq fırça ilə fırçalayın, diş ipi və ya aralıq fırçalardan istifadə edin.
* Stomatoloqda peşəkar təmizlik (detartraj və kiretaj)
Evdə təmizlənməyən diş daşları həkim tərəfindən xüsusi avadanlıqla təmizlənməlidir.
* Antiseptik qarqaralar
Xlorheksidin tərkibli qarqaralar iltihabı azaldır, ancaq uzun müddətli istifadəsi üçün həkim məsləhəti vacibdir.
* Vitaminlə zəngin qidalanma
Sitrus meyvələri, yaşıl tərəvəzlər, kəvər, ispanaq, badam və su qəbulu artırılmalıdır.
* Müntəzəm stomatoloji müayinə
Əgər qanama 1 həftədən artıq davam edirsə, mütləq həkimə müraciət edin. Problemi gecikdirmək daha ciddi nəticələrə gətirib çıxara bilər.
Nəticə:
Sağlam diş əti heç vaxt qanamamalıdır! Qanama görürsünüzsə, bu, orqanizmin sizə xəbərdarlığıdır. Kiçik bir problem vaxtında həll olunduqda sizi həm ağrıdan, həm bahalı müalicələrdən, həm də diş itkisindən qoruyar.
Gülümsəməyinizi qorumaq üçün ilk addımı bu gün atın!
Stomatoloq İlkin Eyvazov