dis-agrisi-20lik-dis-agrisi

Diş ağrısını kəsən təbii üsullar

Baxış sayı: 976

Əksər insanlar diş ağrısı zamanı ağrını yüngülləşdirmək üçün bir çox yollara əl atırlar. Təbii ki, ağrının əsas səbəbi və müalicəsi yalnız həkim tərəfindən təyin olunmalıdır. Lakin həkimə gedənə qədər ağrıdan təbii üsullarla da qurtulmaq mümkündür.

Beləliklə, Türkiyə mətbuatına istinadən diş ağrısını dayandırmaq üçün ən effektiv üsulları təqdim edirik:

 

Duzlu su

Aparılan araşdırmalara görə, duzlu su mükkəmməl dezinfeksiya təsirinə malikdir. O, ağız boşluğunda yaranan iltihabları aradan qaldırmağa kömək edir. Əgər diş ağrısının səbəbi məhz iltihabdırsa, duzlu su ağrını kəsəcək.

 

Soyuq kompress

Yanağa soyuq kompress tətbiq olunduqda çənədəki damarlar daralacaq və ağrı aradan qalxacaq. Kompress həm də şişginlik üçün faydalıdır.

 

Mixək yağı

Diş ağrısı üçün effektiv üsullardan biri də mixək yağıdır. Mixək keyidici və antiseptik xüsusiyyətlərə malikdir və bakteriyaları öldürmək üçün olduqca təsirlidir.

 

Sarımsaq çeynəmək

Sarımsaq əsrlərdir təbabətdə istifadə olunur. O, bakteriyaları məhv etməklə yanaşı, həm də ağrını aradan qaldırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir