Diş əskikliyinin 8 zərəri – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 1. 388
Dişlər orqanizmin sağlamlığında əhəmiyyətli rol oynayır. Hansı ki, həzm prosesində problemlərin olması birbaşa həzm sisteminə və bu zəncirvari olaraq bütün orqanizmə mənfi təsir göstərər. Ona görə də dişlərin sağlamlığına biganə yanaşmaq bir çox xəstəliklərin yaranmasına şərait yaratmaq deməkdir. Ağız, Diş və Çənə Cərrahiyyəsi Mütəxəssisi Dr. Utku  dişin əskikliyinin zərərlərini açıqlamışdır. Bəs görəsən, diş əskikliyinin hansı zərərləri var?
– Əskik diş görünüşü  əvvəlcə gülüşünüzü pozaraq insanın özgüvəninin azalmasına səbəb olur. Ayrıca dodaq və yanaqların çökməsinə və qırışmasına səbəb olaraq üzdə daha yaşlı və zəif bir görünüş meydana gətirər.
– Əskik diş ətrafındakı  dişlərin aşmasına və əyilməsinə gətirib çıxarır ki, bu da çeynəmə funksiyasının azalmasına səbəb olmaqdadır.
– Aşan və ya əyilən dişlərdə təmizlik və baxım çətinləşəcəyi üçün çürük, həssaslıq, diş əti iltihabı səbəbiylə ağrı və digər dişləri itirmə riski də artır.
– Əskik dişlər səbəbiylə alışılmış çeynəmə nizamı də dəyişər. Sağlam bir çeynəmə cüt tərəfli olarkən tək tərəfli çeynəmə ilə çənə oynaqlarında ağrı, səs, kilidlənmələr meydana gələ bilər.
– Əskik diş bölgəsində çeynəmə funksiyası olmadığı üçün çənə sümüyündə rezorpsiyon dediyimiz incəlmə və ərimə meydana gələr.
– Diş əskiklikləri ayrıca digər dişlərin aralarının açılmasına və dişlərin orta xətti ilənizamın pozulmasına və asimmetrik görünüşə yol aça bilər.
– Əskik dişə görə  kifayət qədər çeynəlilməyən qidalar, bütün olaraq udulduğunda həzmsizlik, qastrit və xora kimi mədə problemlərinə yol aça bilər.
– Əskik diş səbəbiylə yaxşı həzm edilmədən udulan yeməklər arrıq çəki almaqa səbəb ola bilər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir