dis fircasi

Diş fırçası necə olmalıdır?

Baxış sayı: 1. 233

Sağlam, gözəl dişlər hər kəsin arzusudur. Mütəxəssislər hesab edir ki, sağlam dişlərə sahib olmaq dişlərə düzgün qulluqdan, gigiyena qaydalarına əməl etməkdən keçir. Burada isə diş fırçalarının düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir.Bəs diş fırçaları seçəndə nələrə diqqət etmək lazımdır?

Stomatoloq-implantoloq Emil İmanovun diş fırçaları ilə bağlı tövsiyələrini təqdim edirik:

Dişlərə qulluq prosesində diş fırçaları əsas rol oynayır. Diş fırçaları ilə dişlərimizin görünən səthlərini təmizləyə bilərik. Hətta yeməkdən sonra düzgün fırçalama ilə dişlərimizin üzərində olan yemək qalıqlarının böyük bir qismini təmizləyə bilərik. Diş fırçalarının növləri çoxdur və reklamlarda onların bir sıra xüsusiyyətləri önə sürülür.

Mən sizin üçün vəziyyəti daha da sadələşdirmək istəyirəm. Mənim üçün ideal diş fırçalarında vacib olan xüsusiyyətlər firçanın tüklərinin iti olmaması, tüklərin ucunun yuvarlaq olması və fırçanın səthinin düz olmasıdır. Bundan sonra müvafiq olan diş fırçalama texnikasından istifadə olunmalıdır ki, bu da işin vacib qismidir. Bunun üçün stomatoloqunuzdan 10 dəqiqəlik vaxt ayıraraq, sizə diş fırçalama texnikasını öyrətməsini xahiş edə bilərsiniz. Diş fırçaları tüklərinin möhkəmliyi də istifadə məqsədinə görə fərqlənir. Mən şəxsən səhərlər normal sərtliyi olan diş fırçalarından, axşamlar isə ultra yumşaq diş fırçalarından istifadə edirəm. Diş fırçasının tükləri möhkəm olduğu təqdirdə dişlərlə diş ətinin birləşdiyi yeri təmizləyərkən diş ətinizi ağrıda bilərsiniz, yaxud da ağrıtmamaq üçün bu hissəni effektiv şəkildə təmizləyə bilməzsiniz.

Dişlərimizi əsla və əsla sıxaraq fırçalamaq olmaz. Sıxmaq əsas təmizlik işləri aparacaq fırça uclarının əyilərək öz funksiyasını yerinə yetirməsinə mane olur. Diş fırçanızı sıxma dərəcəsini nizamlamaq üçün sizə sadə bir məsləhət verim. Sanki pomidorun qabığını fırçalayan kimi bir sıxma gücündən bəhs edirik, daha artıq gücdən yox.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir