Normal eşitmə və nitq aparatının normal inervasiyası zamanı mövcud olan səs tələffüz pozulmasına dislaliya deyilir.
Dislaliyanın iki növü var: mexaniki və funksional
Mexaniki dislaliya – periferik nitq aparatının sümük əzələ quruluşunun deffekti nəticəsində əmələ gəlir. Çənələrin anomaliyası, qabaq dişlərin olmaması və anomaliyası, dişlərin qeyri normal vəziyyəti
Proqnatiya- üst çənənin irəli çıxması
Progeniya- alt çənənin irəli olması
Yan dişləmin açıq olması
Açıq dişləm – çənə yumulduqda alt və üst qabaq dişlər aralı qalması
Mexaniki dislaliyası olan uşaqlar öncə çənə cərrahına, dentist, ortodont, stomatoloqa müraciət etməlidirlər.
Damaqlar – dar, çox hündür və ya əksinə olduqda
Dodaqlar – qalın , çox qalın, alt dodaq sallaq olduqda
Dil – həddindən artıq böyük, əksinə nazik olduqda
Qədəh
Funksional dislaliya
– somatik xəstəliklərlə bağlı uşağın fiziki zəifliyi- xüsusilə bir yaşdan sonra
– yalnış tərbiyə üsulu
– pedaqoji baxımsızlıq
– hiperhimayə
– ailədə iki, üç dillilik
– imitasiya
– eşitmənin zəif olması
– uşaqların əqli qüsurlu olması
Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva