Konul Bagirova

Dispraksiya və inkişaf kordinasiya pozuntusu: Nədir və necə tanınır?

Baxış sayı: 277

Dispraksiya yəni İnkişaf Kordinasiya Pozuntusu xüsusi öyrənmə çətinliyinə bağlı geriləmənin alt qolu olaraq bilinir. Bir sözlə, Dispraksiya insanın sadə hərəkətlərini planlaşdırma və emal etmək qabiliyyətinə təsir edən nevroloji bir problemdir.

Uşaqlarda və yeniyetmələrdə, daha sonra yetkin insanda kiçik və böyük motor bacarıqları kimi koordinasiya pozuntularına yol açan bir inkişaf pozuntusu növüdür.

Dispraksislərdə tez- tez nitq problemləri, düşünmə bə qavrayışda çətinlik çəkirlər. İnkişaf edən Dispraksiya hərəkətin təşkilini yerinə yetirilə bilinməmisidir. Beyin sinir neyronlarını tam ötürülməsini təmin və emal etmir.

 

BƏS  DİSPRAKTİKLƏR HANSI SAHƏLƏRDƏ ÇƏTİNLİK YAŞAYIRLAR?

Əsasən üç təməl sahədə çətinlik çəkirlər

1) Kiçik motor bacarıqları

2) Böyük motor bacarıqları

3) Koordinasiya

 Bunlara bağlı inkişaf çətinlikləri:

*Şəxsi qulluq bacarığı (özünə xidmət -əynini geyinmə-soyunma,diş fırçalama və s.)

*Yazı yazma (qələm tutma ,şəkil rəngləmə və s)

*Velosipedə minmək, sürmək, pilləkənləri sərbəst çıxma, düşmə, hoppanma, qaçmaq, topu atmaq-tutmaq

*Oyun oynama ,yaşıdlarının etdiyini edə bilməmə .

*Tez-tez yıxılma halları müvazinətin itirlməsi .

*Ünsiyyət qurmada çətinlik ,dostluq qurmada çətinlik,cəmiyyətdə davranma çətinliyi və s.

*Ümumilikdə təşvişli olurlar diqqətləri tez yayınır.

*Zəif əl- göz gördinasiyası

*Yorğunluq

*Yöndəmsizlik və s .

Dispraksiya

Zahiri olaraq heçnə öyrənə bilmir kimi görünə bilər, lakin bu hal aldadıcı ola bilər bacarıqları inkişaf üçün mütləq öyrədilməlidir.

Bu hal Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) də daxil olmaqla bütün Beynəlxalq quruluşlar tərəfindən tanınır.

Dispraksiya hərəkətlə əlaqəli çətinliklərin məhdudiyyətin olması ,problemin olması mənasına gəlir.Bu termin uzun zamandır istifadə olunmasına baxmayaraq az bilinən bir öyrənmə çətinliyi növüdür.

Yuxarıda sadaladığım məqamlar bəzən valideynlər üçün adi gələ bilər ,amma Əziz valideynlər diqqətli olmaq lazımdır.

Övladlarınızın inkişafını diqqətlə izləyin ,çünki bəzən  bizə adi görsənən məqamlar uşaqların yaşı artdıqca gələcəkdə koorreksiyası mümkün olmayan problemlər yarada bilər.

 

Könül Bağırova

Klinik refleksoterapevt, reabilitoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir