Hələ 2016-cı il başa çatmasa da, artıq indidən dizaynerlərin hazırladığı 2017-ci il gəlinlik modelləri ictimaiyyətə təqdim olunur. Bu sezon məşhur dizaynerlər bəlli bir trend yaratmaq əvəzinə hər biri sanki sözləşmiş kimi onları məşhurlaşdıran modellər üzərində işləmişlər.
Carolina Herrera – 2017-ci il gəlinliklər
Carolina Herrera 2017 gəlinlik kolleksiyasında çiçək detalına çox yer verdi. Gəlinlik bütövlükdə, duvaqlarda və ya sadəcə ətək kəsimində istifadə edərək fərqli bir Carolina yaratdı deyə bilərik. Təbii ki, kolleksiyasının çoxunda güpür parça da var idi. Ən önə çıxan detal isə məşhur dizaynerin 2017 kolleksiyasında bel dekoltesi oldu.
Monique Lhuiller – 2017-ci il gəlinlikləri
2016-cı ildə Monique Lhuiller kolleksiyası üçün “şahzadə kimi hiss etmək üçün şahzadə olmağınıza gərək yoxdur, bir Monique Lhuiller dizaynı sizə bu hissi verəcək” deyə bilərdik. 2017-ci ildə isə bunu demək çətindir. Çünki Monique Lhuiller də digər dizaynerlər kimi dizaynlarında bir yenilik etmədi, hətta Carolina Herrera dizaynlarını təqlid etmiş kimi hiss etdirdi. Xüsusən, rəngli çiçək detalları, sadə qabarıq modelləri ilə bu fərq çox bəlli oldu. Monique Lhuiller 2017 kolleksiyası gözləntini vermədiyi üçün 2017-ci ilin qış mövsümünü gözləməkdən başqa seçimimiz yoxdur.
Pronovias – 2017-ci ilin gəlinlikləri
Güpür parçasının ən önəmli təmsilçisi olan Pronovias 2017-ci ilin gəlinlik kolleksiyasında əsasən güpür istifadə etdi. İpək, tül və atlasın da yer aldığı kolleksiyada bu il yaxa bir az daha qapalı və yığcamdır. Təbii ki, straplez yaxa hər il olduğu kimi bu il də var amma daha çox V yaxa və qayıq yaxa ili deyə bilərik. Quyruqlu model axtarırsınızsa Pronovias 2017 gəlinlik modellərini araşdırmadan seçimini etmə!
Marchesa – 2017-ci il gəlinlikləri
Marchesa bu il gəlinliklərin detallarına diqqət çəkməyi seçdi, hər il etdiyi kimi.. Parçalarında əsasən yamaq istifadə etməyə üstünlük verən məşhur dizayner bu yamaqları gəlinliyin qollarında, ətək və ya bütün hissələrində işlətdi. Özəlliklə düşən çiyinli gəlinliklərin qollarının hamının bildiyi qısa qol ya da üçbucaq qol yox, dirsəyə qədər endirməsi vintage sevən gəlinlər üçün bir sürpriz oldu.
Jenny Packham – 2017-ci il gəlinlikləri
İngiltərənin göz bəbəyi və ən önəmli dizaynerlərindən biri olan Jenny Packham yenə ən işləməli gəlinliklərin hər çeşidini tapa biləcəyiniz tək ünvandır. Üstəlik, əsasən düz kəsim dizaynlar hazırladığı üçün sadə model kimi görünsə belə bir gəlin bu gəlinliklərdə möhtəşəm görünür. Bu il minimalizm ilə təmtərağı birləşdirmək yerinə daha dəbdəbəli dizaynlar etməyə üstünlük verdi. Hətta gəlinliklərinin hamısında daş işləmə istifadə olunduğu üçün 2017-ci ilində məşhur dizayner sırf dəbdəbəli görünməyi planlaşdıran gəlinlər üçün gəlinlik hazırladı deyə bilərik.
Oscar De La Renta – 2017-ci il gəlinlikləri
Oscar De La Rentanın hələ də vəfatından öncəki kolleksiyalarını xatırlayırıq. 2016 ilinə görə daha xoş modellər olsa belə Oscar romantikliyini heç bir dizaynında görə bilmirik. Lakin 2017 Oscar De La Renta gəlinlik kolleksiyaları sanki özəlliklə minimal gəlinlər üçün düşünülüb hazırlanmışdır. Sadə atlas parçalar, düz kəsimlər, şişirdilməmiş yaxalar ilə romantiklikdən sadəliyə keçid etdi.
Vera Wang – 2017-ci il gəlinlikləri
Vera Wang bir neçə ildir ki, həqiqətən “gəlinlikdirmi, yoxsa gəlinliyin altından geyinilən korsetmi?” deyə ayıra bilmədiyimiz modellərlə təqdim olunur. 2017-ci il də bu illərdən oldu. Hətta 2017 ilində belə gəlinlikləri daha da artırdı. Hər il Vera köhnə günlərinə dönəcək deyə gözləyərkən təəssüf ki, bir öncəki ilin kolleksiyasının daha yaxşı olduğunu düşünməyə məcbur oluruq.