pamada

Dodaq boyası çəkərkən edilən 6 səhv

Baxış sayı: 1. 553

Makiyajın tamamlayıcısı olan dodaq boyası doğru şəkildə çəkilmədiyi zaman xoş olmayan bir görünüş yaradır.

Bəzi günlərdə dəri və göz makiyajı etməsək də, dodaq boyası qadınların tamamlayıcısı kimidir. Dodaq boyası çəkmək digər makiyaj vasitələrinə nəzərən daha az vaxt tələb edir. Amma dodaq boyası çəkərkən edilən bəzi səhvlər pis görünməyinizə səbəb olur.

Dodaq boyası çəkərkən edilən səhvlər və diqqət etməli olduğunuz məqamlar:

 

Dodaqlarınızı nəmləndirin!

Dərinizi nəmləndirdikdən sonra dodaqlarınızı da nəmləndirməyi unutmamalısınız. Qurumuş və çatlamış dodaqda dodaq boyası xoşa gəlməz bir görünüş yaradır. Dodaq nəmləndiricisi və ya təbii yağlarla dodaqlarınızı nizamlı şəkildə nəmləndirməlisiniz. Bundan başqa arada bir peeling etmək də ölü dərilərdən azad edərək dodaqlarınızı hamarlaşdıracaq. Beləliklə çəkdiyiniz dodaq boyası ilə dodaqlarınız daha gözəl bir görünüşə sahib olacaq.

 

Dodaq qələminizi doğru seçin!

Dodaq boyasından əvvəl dodaq qələmi tətbiq etmək həm dodaq kənarlarını dolğunlaşdırır, həm də dodaq boyasının altından çəkildiyi zaman qalıcılığını artırır. Amma dodaq qələminizin rənginə doğru qərar vermək mütləqdir. Dodaq boyası ilə dodaq qələmi arasında 1-2 ton rəng fərqi olmalıdır. Əks halda qeyri-təbii bir görünüş yaranar.

 

Dodaq boyasından əvvəl dodaq bazası tətbiq edin!

Dodaq boyasının daha asan çəkilməsi və daha qalıcı olması üçün dodaqlarınıza baza tətbiq edin. Eyni zamanda nəmləndirici xüsusiyyəti olan bazalar dodaqlarınızı daha qüsursuz bir görünüşə qovuşduracaq.

 

Dodaq boyasını çəkərkən doğru yerdən başlayın!

Dodaq boyası çəkərkən dodağınızın ortasından başlayın. Daha sonra kənarlara doğru davam edin. Beləliklə boyanı daha asan və daha gözəl çəkə bilərsiniz.

 

Dodaq boyası çəkdikdən sonra diqqətli olun!

Dodaq boyası çəkdikdən sonra dodaqlarınızı olduğu kimi saxlamayın. Dodaqlarınızı bir-birinə toxunduraraq daha təbii və cəlbedici görünüş əldə edə bilərsiniz.

 

Dodaq boyanızın rəng seçimində səhvə yol verməyin!

Dodaq boyanızın dəri rənginizə uyğun olması çox vacibdir. Dodaqlarınız nəmli, baza və ya qələm tətbiq edilmiş olsa belə, dodaq boyanızı səhv seçdiyiniz zaman xoş olmayan bir görünüş qaçınılmaz olacaq. Bu səbəbdən dodaq boyası seçərkən dəri rənginizi nəzərə almalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir